"Ramazan"sözü ərəbcədən əslində, "rəmz" kökündən olub, "günəşin şiddətli şüa vurması”na deyilir. Bu münasibətlə, bu ayın "Ramazan"adlandırılması o ayda şiddətli isti olması ilə bağlıdır.
Başqa nəzəriyyə də budur ki, "Ramazan"sözü Allahın mübarək adlarından biridir. Ona görə də hədisdə gəlib ki, Ramazan deməyin, bəlkə də, mübarək Ramazan ayı deyin.
Üçüncü nəzəriyyə budur ki, bu ayda günahların yandığına görə ona, Ramazan adı vermişdir.(Təfsiri Məcməul-bəyan, cild. 2, səh. 275 )
Oruc və Səbr
Qurani-Kərimdə orucdan, "səbr" kimi ad aparılmışdır. İmam Sadiq (əleyhissalam)-dan, Allahın Quranda buyurduğu: "Səbr və namazdan kömək alın"ayəsinin şərhində buyurur: Ayədəki "səbr" sözü, oruc mənasındadır. Həmçinin, buyurur: Hər vaxt bir nəfərə şiddətli bir hadisə baş versə, oruc tutsun. Allah-taala buyurur: Səbrlə, yəni, orucla kömək alın!”(Miratul-uqul, cild. 16, səh. 201 )
Mərhum Əllamə Məclisi "Miratul-uqul" kitabında belə yazır: Səbrin əsli həbsdir. Oruca o cəhətdən "səbr"deyilir ki, insanı yemək-içmək və evlənməyin ləzzətlərindən çəkindirib saxlayır.(Miratul-uqul, cild. 16, səh. 197 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi