![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
"Ramazan ayı aşkar hidayət dəlillərinə malik və haqq ilə batili bir-birindən ayıran Quranın nazil olduğu aydır. Sizdən bu ayı görən kəs, onu oruc tutmalıdır. Xəstə və səfərdə olanlar tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Həmçinin istəyir ki, müəyyən olunmuş miqdarı tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz."
Orucun fəlsəfəsi izah olundu və zamanı məhdudlaşdırıldı. İndi isə bu məhdud müddətin nə vaxt olduğunu öyrənək.
Zaman və məkanın özlüyündə heç bir fəziləti olmadığını bilməliyik. Bütün zamanlar Allah-taalaya məxsus, və bütün məkanlar Allah-taalanın yaratdıqlarıdır. Lakin zaman və məkana dəyər və üstünlük verən bir sıra mühüm hadisələrdir. Ramazan ayının başqa aylardan üstünlüyü isə belədir:
Birinci-Allah-taala buyurur: "Həqiqətən Allah yanında ayların sayı on iki aydır..." (Tövbə surəsi, ayə 36) Ayədə Ramazan ayının Qurani-Kərimin nazil olduğu ay olmasını buyurduqdan sonra belə buyurur: Sizdən bu ayı görən kəs, onu oruc tutmalıdır. Bu ifadə ilə bağlı peyğəmbərimiz buyurub ki, on iki ayın içində Ramazan ayı Allah-aalanın özünə məxsus ayıdır.
İkinci-Allah-taala yanında dəyəri min aydan üstün bir gecə olan Qədr gecəsinin bu ayda olması.Qədr gecəsinin dəyəri min aydan artıqdır. (Qədr surəsi)
(Qədr gecəsinə aid daha artıq məlumatı, habelə Qədr gecəsinin müstəhəb əməllərini dördüncü əlavədə izləyə bilərsiniz.)
Üçüncü-Qurani-Kərim qiyamət gününədək insanlara səadət yolunu göstərən qanun olaraq həmin ayda və Qədr gecəsində nazil olub.
Dördüncü-Təkcə Quranda deyil, hətta hədislərimizdə də var. İmam Sadiq əleyhissalam buyurur: Həzrət İbrahimin suhufu Ramazan ayının üçündə, Həzrət Musa əleyhissalamın Tövratı ayın altısında, İsa əleyhissalamın İncili ayın on üçündə, Həzrət Davudun Zəburu isə ayın on səkkizində nazil olmuşdur. Qurani-Kərimin nazil olmnasına aid əlavə məlumatı birinci əlavədə izləyin.
Ayənin sonunda qeyd olunan fiqhi məsələləri mühüm olduğu üçün yenidən sadalayaraq buyurur: Sizdən bu ayı görən kəs, onu oruc tutmalıdır. Xəstə və səfərdə olanlar tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir.
Demək, Ramazan ayı Allah-taalanın özünə məxsusdur, Qədr gecəsi bu aydadır və bütün hidayət kitabları bu ayda nazil olub.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |