![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
"Bir neçə gün! (yəni oruc tutulan günlərin sayı az və müəyyən günlərdir.) Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (oruc tutmadığı günlərin) sayı qədər başqa günlərdə (oruc tutmalıdır). (Oruc tutmağa) taqəti olmayanlar (qocalar və ağır xəstələr oruc tutmaya bilər, amma əvəzində hər bir gün üçün) bir yoxsula onu doyuracaq qədər fidyə (kəffarə) verməlidir. Kim xeyirə artırsa onun üçün daha yaxşıdır. Amma oruc tutmaq sizin xeyrinizədir. Əgər bilsəniz!”
Ayənin ilk bölməsində belə bir məna ifadə olunur: Orucun sadaladığımız kimi ali bir fəlsəfəsi olmasına baxmayaraq zamanı az müddətlidir. Yəni orucluğun müddəti az bir zamandır. Daha sonra ayədə iki fiqhi hökmün cavabı açıqlanır:
Birinci-Əgər bir şəxs Ramazan ayında xəstə və ya səfərdə olarsa orucla bağlı vəzifəsi nədir?
Buyurur: Oruc tutmayacaq, əvəzində tam sağaldıqdan və ya səfərdən qayıtdıqdan sonra digər on bir ayın günlərindən hansında istəsə tutmadığı orucların qəzasını yerinə yetirməlidir.
İkinci- Bəzi insanlar isə nə xəstədirlər, nə də müsafirdilər, əksinə həqiqətən oruc tuta bilmirlər. Qoca kişilər, qadınlar, o cümlədən ağır xəstələr və ya süd verən qadınlar kimi. Elə isə bunların vəzifəsi nədir?
Ayədə buyurulur: Oruc tutmağa taqəti olmayanlar fidyə verməlidirlər. İmam Cəfər Sadiq əleyhissalamdan hədis nəql edilir: Oruc tutmağa taqəti olmayan qocalar və ya ağır xəstələr oruc tutmamaq baxımından bağışlanılıblar. Əvəzində fidyə və kəffarə verirlər.Kəffarənin miqdarı hər gün üçün bir yoxsulu doyurmaqdır. Əgər imkan dairəsində artıq verilərsə daha yaxşıdır.
Nəticədə xəstə və səfər halında olan insanın qətiyyən oruc tuta bilmədiyini anlamalıyıq. Bu haqda peyğəmbərimizdən (Allah-taalanın salavat və salamı ona və əhli-beytinə olsun) nəql olunan hədisdə buyurur: Səfər halında oruc tutan kəsin günahı vətənində olduğu vaxt oruc tutmaması kimidir.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |