![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Bəqərə surəsinin 185-ci ayəsinin tərcüməsində oxuyuruq: "Ramazan ayı aşkar hidayət dəlillərinə malik və haqq ilə batili bir-birindən ayıran Quranın nazil olduğu aydır."
Bu ayəyi-kərimədə Qurani-Kərimin Ramazan ayında nazil olduğu açıq-aşkar buyurulur. Lakin başqa bir tərəfdən əldə olan məlumatlar əsasında məzhəbindən asılı olmayaraq tarixçi və təfsir yazarlarının sübutuna görə Qurani-Kərimin 23 il müddətində və tədricən Peyğəmbəri-Əkrəmə nazil olduğu yazılır. Hətta demək olar təfsir kitablarında bütün ayələrin şəni-nuzulu yazılıb və geniş şəkildə hansı ayənin hansı zamanda və nə münasibətlə nazil olduğu izah edilib. Ötən səhifələrdə bunun bir nümunəsinin şahidi oldunuz və oxudunuz ki, müsəlmanlar əvvəlcə necə oruc tuturdular. Mütəm ibn Cübeyr və onun kimilər yalnız az müddətdə yeyib-içə bildikləri üçün iki gün, hətta üç gün başdan-başa ac-susuz qaldıqlarına görə, o cümlədən Ömər ibn Xəttab və onun kimi şəxslərin gizli şəkildə haram işə əməl etməsi səbəbi ilə Allah-taala tərəfindən orucun şərtləti asanlaşdırıldı və ac-susuz qalmağın vaxtı azaldıldı. Habelə qadın-kişi arsında nigah bağlılığı Ramazan ayının gecələrində azad oldu.
İndi isə bu iki faktın necə birləşdirilməsinə nəzər yetirək. Qurani-Kərim özünün buyurduğu kimi Ramazan ayında və Qədr gecəsində bir dəfəyə nazil olubmu? Necə ki, buyurur: "Biz Qurani nazil etdik.” (Qədr surəsi, ayə 1) "Biz Quranı mübarək bir gecədə nazil etdik.” (Duxan surəsi, ayə 3) Yoxsa zaman-zaman münasibətlər üzrə nazil olmuşdur?
Bu kimi suallara bütün məzhəblərin alim və ziyalıları, xüsusi ilə Qurani-Kərimə təfsir yazanlar geniş şəkildə izah yazaraq hər iki məsələni müxtəlif yollarla sübut edərək dəlillər gətirirlər. Qeyd olunan müxtəlif fikirləri burada qeyd etmək həm kitabın həcmini artırar, həm də fənni mövzu olduğu üçün oxuculara faydasız olar. Lakin buna baxmayaraq heç olmasa bilməliyik ki, Qurani-Kərim iki dəfə, hətta üç dəfə nazil olmuşdur.
1-Ramazan ayında Qədr gecəsi Qurani-Kərim tam şəkildə bir dəfəyə İslam peyğəmbərinin mübarək qəlbinə nazil olmuşdur. Bu iddia ilə bağlı qeyd olunan ayələrdən əlavə Şüəra surəsinin 191-ci ayəsindən 195-dək sübut mövcuddur: Həqiqətən, sənin Rəbbin qüdrətli, qalib və mehribandır. Şübhəsiz bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir. Ruhul-Əmin (Cəbrail) onu endirdi. Qorxudanlardan olasan deyə sənin qəlbinə. Açıq-aydın ərəb dilində.
Demək Qurani-Kərim Ramazan ayında Qədr gecəsində bir dəfəyə Cəbrail Əmin vasitəsi ilə İslam peyğəmbərinin mübarək qəlninə nazil olmuşdur. Bu Haqda Taha surəsinin 114-cü ayəsinin açıqlamasında yazılır: Quranın hamısı öncədən peyğəmbərinə nazil olmuşdur. Peyğəmbər ayələrin zaman-zaman nazil olub insanlara çatdırmasında tələsirdi. Ayə belədir: "Vəhy sona çatmazdn öncə Quranı oxumağa tələsmə.”
2-Qurani-Kərim 23 il müddətində zaman-zaman və münasibətlərlə ikinci dəfə Cəbrail vasitəsi ilə peyğəmbərə nazil olunub və bu ikinci nazil olmadan sonra peyğəmbərimizə ayənin müsəlmanlara çatdırılması əmr olunub. Nümunə olaraq Ramazan ayında oruc tutmağın şərtlərinə işarə və izah olundu.
3-Hədislərdən anlaşılır ki, üçüncü dəfə Quranın nazil olması hər il bir dəfə Cəbrailin İsalam peyğəmbərinin hüzuruna gəlib həmin bir il müddətində nazil olan ayələri peyğəmbərə oxuması ilə bağlıdır.
Bu iddiaya sübut olaraq İbn Əbil Hədid Şafeinin Nəchul-Bəlağəyə şərhində nəql etdiyi hədisdir. O, yazır: "Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) həyatının son günlərində səhabələrinə buyurdu: Cəbrail hər il bir dəfə Quranı mənə gətirirdi bu il isə iki dəfə gətirdi. Bunun üçün öz ömrümün sona yetməsindən başqa səbəb görmürəm.” (Qədir günündən Aşurayadək, səh.125)
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |