Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qurani-Kərimin Məryəm surəsinin 26-cı ayəsində oxuyuruq: "(Məryəm buyurdu:) Həqiqətən mən Rəhman olan Allah üçün oruc nəzr etmişəm. Buna görə də bu gün heç bir insanla danışmayacağam. "
Həzrət Məryəm samit olmuşdu. Yəni danışmaqdan pərhiz etmişdi, lakin buna baxmayaraq "sovm və siyam" kəlmələri ixtisaslaşıb və azərbaycan dilində "oruc" kəlməsi kimi ifadə edilir. Bu orucluq günlərində səhər açılandan axşam azanına qədər yemək-içmək və şəhvətə uymaqdan imtina etmək deməkdir. (Lakin son səhifələrdə həqiqi mənada necə oruc tutulması haqda daha aydın izah veriləcək.)
Bu ayənin şəni-nüzuluna gəlincə deməliyik ki, bu haqda belə yazılır: Ayə nazil olmazdan öncə müsəlmanlar yalnız məğrib namazından işa namazının vaxtına qədər yeyib-içə bilərdilər. Yəni təxminən axşam azanından iki saat sonraya kimi olan vaxt yalnız yeyib-içməyə ayrılırdı. Habelə bəzi hədislərə əsasən qadın-kişi arasında olan nigah bağlılığı Ramazan ayında haram olurdu.
Ramazan ayında oruc halında olan bir kəsi məğrib və işa namazlarının orta vaxtında yuxu tutsaydı və ya hər hansı səbəbə görə yeyib-içməsəydi daha sonra yemək yeyə bilməzdi. Sabah axşama qədər, yəni iftar vaxtına kimi orucunu davam etdirirdi. Bunlar bütün müsəlmanların əməl etməli olduqları ümumi qaydalar idi. Lakin bir sıra hadisələr Allah-taala tərəfindən müsəlmanların vəzifəsinin yüngülləşdirilməsinə səbəb oldu.
Xəndək müharibəsində qoca olmasına baxmayaraq müsəlmanlarla birlikdə xəndək qazan "Mütəm ibn Cübeyr" iftar vaxtı evinə qayıdarkən onu yuxu tutdu. Ayıldığı zaman İşa namazının vaxtı artıq çatmışdı. Buna görə də yeməkdən məhrum qaldı. Səhər açılanda müsəlmanlarla birlikdə xəndək qazmağa gəldi. Amma o qoca kişi bel və külüng vuran zaman özündən getdi. Müsəlmanlarla birlikdə özü də xəndək qazan İslam peyğəmbəri(s) həmin halın müşahidəçisi olmuşdu.
Habelə müsəlmanlardan bəzisinin Ramazan ayının gecələrində öz nəfslərinə sahib ola bilməyib gizli olaraq öz qadınları ilə yaxınlıq etdikləri yazılır. Belə gizli və haram işin icraçısı kimi ikinci xəlifə məsciddə Peyğəmbəri-Əkrəmin hüzurunda haram əməlini iqrar etdi. Sonra bir neçə nəfər də ayağa qalxıb dedilər: Ey Allahın rəsulu, bizdən də belə bir günah baş verib. Beləliklə ayəyi-şərifənin nazil olmasına zəmin yarandı və ayə nazil oldu:
"Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. (Çünki,) onlar sizin örtüyünüz, siz də onların örtüyüsünüz..."
Beləliklə Ramazan ayının gecələrində yeyib-içmək və qadınla kişi (yəni ər-arvad) arasında nigah bağlılığı qurmaq iftar açandan sonra səhər açılana qədər azad olundu. Lakin ayənin quruluşunda bir sıra halal və haramla yanaşı qadın-kişi arasında olan əlaqə də ən gözəl şəkildə açıqlanır: "Onlar sizin paltarınız, siz də onların paltarısınız."Daha artıq məlumatı üçüncü əlavədə izləyin.
Sonra Allah buyurur: Allah-taala sizin öz nəfsinizə xəyanət edib haram olunan əməlin hörmətini saxlamadığınızı bilirdi. İndi isə sizin üçün yüngülləşdirildi və sizin bu qəbildən yerinə yetirdiyiniz günahlarınız da bağışlandı.
Kitabın adı: Oruc
Müəllif: Seyyid Kazım Pərpənçi
Redaktor: Mir Cəfər Əyyubzadə
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |