Orucun İmam Sadiq (əleyhissalam) nəzəriyyəsində hikməti
İmam Səccad (əleyhissalam) bu ibadətin hikmətini ən çox nəfsin qorunması və özünü günahdan qorumaqda görür. Çünki, günah ən çox dil, göz, qarın və cinsi meyllikdə azad olmaqda baş verir. Həzrət, orucu bütün bu əzaları günahdan saxlayan pərdə və örtük bilir.
Quran, həmin böyük və mühüm hikməti oruc barəsində bəyan edir. "Bəqərə" surəsində oxuyuruq:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə yazıldığı kimi, sizin üçün də yazıldı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz!”
Ayədəki, "kitabət" (yazılmış) sözü vacib olmaq mənasındadır. Möminlərin müxatəb qərar verilməsi isə onlarda hökmü qəbul etmək qüvvəsinin çox olmasına görədir. Quran da orucun əsas hikmətini təqva və özünü günahdan qorumaq kimi tanıtdırır.
"Səvm" sözü, ərəbcədən lüğətdə "özünü saxlamaq" mənasındadır. Əgər sakitliyə "səvm" deyilirsə və ya keçmişdə "sakitlik orucu" varmışsa, ona görədir ki, bu halətdə insan söz danışmaqdan özünü saxlayır. "Məryəm" surəsində bu mənaya işarə olunur, buyurur:
"Əgər bir adam görcək olsan, işarə ilə belə de: Mən Allah yolunda sakitlik orucu tutmağı nəzir etmişəm və (nə qədər ki, orucam) bu gün heç kəslə danışmayacağam!”(Məryəm surəsi-26 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi