Həzrət Əli (ə)-ın nəzəriyyəsində (Nəhcül-Bəlağədə) oruc
"Nəhcül-bəlağə”də Əli (əleyhissalam)-dan oruc barəsində müxtəlif ifadələr var. Onlardan bəzilərinə işarə edirik.
Bir yerdə belə buyurur:"Bədənin zəkatı orucdur.”
Bildiyimiz kimi zəkat, həm inkişaf mənasında, həm də pakizəlik mənasındadır. Bu cümlədə Həzrət, orucun hikmətlərindən birini bədənin sağlamlığı bilir.
Başqa yerdə buyurur: "Ramazan ayının orucu, İlahi əzabın müqabilində qalxan və ötrükdür.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 136-cı hikmət )
Başqa cümlədə, mömin qardaşlar barəsində bəyanları var ki, bəziləri aşağıdakılardan ibarətdir:
"Onlar o kimsələrdir ki, qarınları oruc tutmaqdan arıqlamış, dodaqları dua etməkdən solmuş, rəngləri yuxusuzluqdan saralmış və çöhrələrinə təvazökarlıq qubarı oturmuşdur. Onlar mənim getmiş qardaşlarımdırlar.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 120-ci xütbə.)
Yenə də ayrı bir hikmətli cümləsində buyurur: "Oruc, bəndələrin ixlasını yoxlamaqdan ötrüdür.”(Nəhcül-bəlağə, Sübh-Saleh, 252-ci hikmət )
Əli (əleyhissalam) fitr bayramı günlərəndə belə buyurur: Orucu qəbul olan və günah olunmamış gün, bayramdır.”
Daha başqa bir bəyanda gəlib: "Sizə və bütün övladlarıma tövsiyə edirəm: İki nəfər küsülü mömini islah edib, barışdıranlardan olun! Bu işin savabı bütün oruclardan və namazlardan çoxdur.”(Nəhcül-bəlağə, 47-ci vəsiyyət)
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi