1. İlk amil budur ki, insan elə bir elmə və mərifətə malik olsun ki, dünya onun nəzərində kiçik, Allah isə böyük və əzəmətli cilvələnsin. Əli (əleyhissalam), müttəqi və təqvalı şəxslərin əlamətləri barəsində "Nəhcül-bəlağə”də buyurur:
"Allah, onların gözündə böyük cilvələndiyinə görə Ondan başqa nə varsa, hamısı onların yanında kiçikdir.”(Nəhcül-bəlağə, (Feyzul-İslam) 104-cü xütbə; Nəhcül-bəlağə, (Seyyid Rəzi) 184-cü xütbə )
2. Namaz vaxtı müxtəlif işlər barəsində fikirləşməyib, fikrini yalnız, namaza cəm etsin və onun mənasına diqqət etsin.
3. Yer seçmək. Yəni, namazı elə bir yerdə qılsın ki, çoxlu zər-zibalı olmasın. Ona görə də görürük ki, şəkil, mücəssimə, müqabilində, keçid yolu, açıq qapı ağzında namaz qılmaq məkruhdur.
4. Günahdan çəkinmək, təvazökarlığın yaranmasında təsirlidir.
5. Namazın mənalarını, hərəkət və zikrlərinin hikmətlərini bilmək.
6. İstər müqəddimə, istərsə də əsl namazda, müstəhəbb işlərə əməl etmək.
7. Bu işin (təvazökarlığı), başqa işlər kimi çoxlu təkrara ehtiyacı olduğunu unutmaq lazım deyil.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi