Oruc və günahların bağışlanması
İmam Baqir (əleyhissalam)- dan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), Cabir ibni Abdullaha buyurur: Bu ay Ramazan ayıdır. Hər kim bu ayın gündəlik günlərini oruc tutsa, gecələrini ibadətlə məşğul olsa, qarnını haram buyurulmuşlardan hifz edib, abır-həyasını qorusa və dilini saxlasa, Ramazan ayından çıxdıqda günahları tökülər.(Mühəccətül-beyza, cild. 2, səh. 123 )Cabir ərz edir: Ey Allahın Rəsulu! Bu söz nə qədər gözəldir!
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Ey Cabir! Onun şərtləri nə qədər çətin və ağırdır!
Bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın oruc haqqında dediyi təsirlərə işarə olunur. Dili, qarnı və abır-həyanı qorumaq, günahların bağışlanmasına səbəb olur. Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Oruc tutan həmişə ibadətdədir. Hətta, yatsa da, bu şərtlə ki, qeybət etməsin!”(Biharul-ənvar, cild. 96, səh. 371 )
Oruc və fəqirlər dövləti arasında
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
"Allah-taala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki, əgər oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah-taala, aclıq və fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib, onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir"(Mühəccətül-beyza.c. 2.səh. 124 )
Bu hədisdən aydın olur ki, Ramazan ayındakı orucun vacib olmasının hikmətlərindən biri təbəqələr arasındakı fasiləni azaldıb, binəvalarla fəqirləri tanıtdırır. Sərvət məsələsi həmişə cəmiyyəti iki qütbə, fəqirlik və dövlətliliyə tərəf çəkir. Çox vaxt dövlətli və hər cür rifahdan bəhrələnənlər fəqir təbəqəsində olanların ah-naləsini və narahatçılıqlarını anlaya bilməzlər və onların əhvalından xəbər tutmurlar. Lakin, elə ki, oruc tutur, ac olur və susuzluq ona qalib gəlir, insani hissiyyatlar hərəkətə gəlir və aclığın əlacı barəsində fikirləşir. Maraqlısı budur ki, heç bir sərvətliyə şəriət icazə vermir ki, orucunu fəqirə versin ki, onun yerinə oruc tutsun. Əlbəttə, orucun heç bir hikmətini də bilməsək, bu hikmət onun üçün bəsdir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi