İslam qanunlarında qeybətin haram olması
Şiə və sünni ravilərin vasitəsilə qeybətin haram olması və onun acı təsiri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Bu günahı müxtəlif təmsillər və oxşatmalarla bəyan etmişlər. Onlardan bəzilərinə işarə edək:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
«Bütün müsəlmanların malları və abır-həyaları bir-birinin yanında hörmətlidir.»(Mühəccətül- beyza.c.5.səh.251 )
Feyz Kaşani, «Əl-Mühəccətül-beyza" kitabında qeybəti, abır-həya və şərəfin əksi kimi qeyd etmişdir.
Cabir və Əbu Səid hər ikisi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edirlər:
"Qeybətdən çəkinin, çünki, qeybət müqayisə olunsa, zinadan da pisdir. Çünki, insanın bəzən zina vasitəsilə abrı gedir, sonradan peşiman olub tövbə edir. Allah-taala da onun tövbə və peşimançılığını qəbul edir. Ancaq, qeybət edənin günahı bağışlanılmır, o vaxta kimi ki, qeybət etdiyi şəxs onun günahından keçsin."(Əl-Mühəccətül-beyza, 5-ci cild. səh-251. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi