Göz təbəqələri xaricdən daxilə tərəf üç dəri ilə vücuda gəlmişdir:
1. Səlbiyyə
Bu, gözün bütün qismətini örtmüş möhkəm və ağ bir pərdədir. Bu pərdə çox zərif olub, qalınlığı bir millimetrdən çox olmur. Nisbətən çox möhkəmdir. Ona görə də gözün kürəsini qorumaq vəzifəsindən çox asanlıqla gəlir.
Şəkilçəkən aparatın qarşıda dairəvi xırda gözlüyü və həssas şüşəsi olub, onun daxilində qərar tutduğu kimi, gözün də möhkəm bir cildi var ki, daxilində çox zərif və həssas bir əza yerləşir. Bu pərdədən görünən miqdar, həmin gözün ağıdır. Həmçinin, qarşı tərəfdə bu ağlıq, bir qədər irəli çıxmış nazik və şəffafdır. Bununla da, bu qismət "səlbiyyə" pərdəsinin doqquzda biri qədərdir. Elmi termində ona, "qərniyyə "deyilir. "Səlbiyyə”nin arxasında, gözün kürəsinə daxil olan görmə əsəb sistemi qərar tutur. Bu zərif pərdə tibbi terminlərdə "göz qabı" adlanır. O qədər möhkəmdir ki, yalnız, bıçaqla möhkəm vurmaqla parə ola bilər. Həkimlər cərrahiyyə zamanı burda iti bıçaqdan istifadə edirlər.
2. Müşəmiyyə
O, nazik və zərif bir pərdə olub "səlbiyyə" örtüyünün daxilini tamamilə örtür. Çoxlu damarları var. Onun əssas vəzifəsi gözün qidalanmasını təmin etməkdir. Uşaqlıq pərdəsinə oxşar olduğuna görə ona "müşəymiyyə" deyirlər.
Bu pərdənin ön qisməti, "ənbiyyə"adlanır. Surət və rənginə görə fərqlidir. Yəni, surət cəhətdən enli və uzundur. Belə bir şəkildə olması səbəb olur ki, gözün bu qisməti "zülaliyyə"adlı maye ilə dolu olsun. Rəng cəhətdən çox vaxt qara olur. Bu da gözün qarasını təşkil edir. Bəzilərində yaşıl və göy vücuda kimi gözə dəyir. "Ənbiyyə" qismətinin ortasında təxminən, 3-6 millimetrdə olan "mərdumək" adlı deşik vardır. Bu deşiyin ağzının genişliyi nurun müqabilində az və çox olması ilə fərqlənir. Yəni, nur nə qədər şiddətli olsa, ağız yığılır və nə qədər zəif olsa, ağız genişlənir. Özü tənzimlənən bu əməllə, nurun gözə hansı miqdarda daxil olması müəyyənləşir. Əslində, fotoaparatın diafraqması kimidir. Fərq budur ki, bu əməl, gözdə öz-özünə tənzim olunur. Əllə tənzimləməyə ehtiyac yoxdur. Bu deşik, ona görə "mərdumək" adlanır ki, iki nəfər bir-birinin müqabilində durduqda, gözlərinin içində bir-birinin şəkillərini görürlər. İnsanda "mərdumək" girdə olub, həmişə qaradır. Çünki, onun arxasında qaranlıq mühit var. Lakin, heyvanlarda müxtəlif rənglərdədir.
3. Şəbəkiyyə
"Şəbəkiyyə", "müşəymiyyə" pərdəsinin arasında olub, lətif və həssasdır. Pəncərəyə oxşar olduğuna görə ona bu adı veriblər. Şəbəkiyyə, əsəb pərdəsidir. Yəni, görmə əsəb sistemlərinin ardına birləşib və məğzə bağlıdır. Arxa qismətində, iki müşəxxəs nöqtə var. Birincisi, gözün görmə əsəb sistemlərinin daxil olduğu kor nöqtə, ikincisi, sarı rəngli "sarı ləkə"adlı yumurtavari nöqtə. Əşyaların şəkli əvvəlcə bu nöqtənin üzərində öz əksini tapıb sonradan oradan məğzə ötürülür.
Gözün kürəsinin şəffaf mühitləri
Gözün kürəsinin bir neçə qisməti var ki, nur ordan keçib nəticədə, cismlərin şəklini şəbəkiyyədə olan sarı ləkənin üzərinə salır. Bu mərhələlər aşağıdakılardan ibarətdir:
1. Zülaliyyə
Qərniyyə və ənbiyyə arasındakı fəza təxminən, 3-4 millimetr həcmində olub, maye və zülalla doludur. Ona görə də bu qismətə zülaliyyə deyilir.
Bildiyimiz kimi işıq qanunlarından biri odur ki, işıq, nazik mühitdən qalın mühitə keçdikdə dəyişir. Bu dəyişikliyə "nurun sınması" deyilir. Həmin qanuna əsasən, həcmi az olan yerdə olan nur, belə bir nisbətən qalın yerə düşdükdə, yəni, zülalın içinə düşdükdə, "işıq sınması" alınır. Bu da şəklin şəbəkiyyəyə verilməsini hazırlayır.
2. Cildiyyə
Gözün qarası adlanan bu üzv, camid və şəffaf olub, adi mikroskoplara oxşayır. 1,4 millimetr olmaqla, gözün ikinci pərdəsinin, yəni, ənbiyyə pərdəsinin arxasında qərar tutmuşdur. Mərkəzi qisməti ətraf tərəflərdən möhkəmdir. Üzünü şəffaf pərdə örtmüşdür. Həmçinin, ətrafında onun şəklinin dəyişməsinə səbəb olan əzələlər yerləşmişdir.
Bu üzvün, gözə düşən işığın sınması və cisimlərin şəklini sarı ləkənin üzərinə verməsində mühüm rolu vardır. Çünki, bütün şəkillər müəyyən bir nöqtəyə düşməlidir. Başqa tərəfdən bilirik ki, bütün cismlər gözün qarası ilə eyni fasilədə olmayıb əksinə, bəziləri yaxın, bəziləri isə uzaqdırlar. Bu halətdə gözün qarası, cisimlərin yaxın və uzaqlığını tənzimləyib uyğun şəkildə şəbəkiyyəyə ötürür. Uyğunlaşdırmaq adlanan bu əməl, asanlıq və qəribə sürətlə baş verir.
3. Zücaciyyə
Şəffaf maddə olub, gözün kürəsinin içini tam şəkildə doldurur. Gözün qarasının arxasında yerləşir. Hər tərəfdən şəffaf dəri ilə örtülmüşdür. Bu üzvün də işi, işığın sınması və cisimləri uyğun şəkildə sarı şəbəkiyyəyə verməsidir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi