Diz sümüyü, dairəvi şəkildə bədəndə olan ən böyük üçbucağa oxşar sümükdür. Bu sümük dizin qabağa əyilməsinə mane olur və diz oynağına bitişikdir.
Ayağın baldır sümükləri, iki uzun sümükdən təşkil olunmuşdur. Biri daxili tərəfdə, ikincisi isə xarici tərəfdə yerləşir. Bu iki sümük, yuxarı və aşağı qismətlərdə oynaq vasitəsi ilə bir-birinə birləşmişdir. Ancaq, qalan yerlərdə bir-birindən ayrıdırlar.
Baldır sümüyünün qalınlığı
Baldır sümüyünün qalınlığını bu şəkildə təsəvvür etmək olar ki, iki sonluq tərəfi olan sümükdən ibarətdir. Bu sümüyün qalınlığı o birisinə nisbətən çoxdur. İki çıxıntısı var. Yuxarı tərəfdən bud sümüyünün sonuna bitişik, aşağı tərəfdən isə ayağın oynağına bağlıdır.
Baldır sümüyünün nazik qisməti
Bu sümük də nazik və uzundur. Baldır sümüyünün xarici tərəfində yerləşir. Bir quruluşu və iki başı var. Yuxarı baş qisməti, bud sümüyünə birləşmir. Lakin, o biri qalın sümüyün yuxarı tərəfi bud sümüyü ilə birləşir.
Ayağın bənd sümükləri üç qismətdən təşkil olunmuşdur: 1-Ayağın oynaq sümükləri; 2-Ayağın alt sümükləri; 3-Ayağın barmaq sümükləri.
Oynaq sümükləri
Ayağın oynaq sümükləri yeddi sümükdən ibarətdir. Bunların hamısı iki sırada qərar tutmuşdur. Aşağı qisməti iki qab və oturacaq sümüyüdür. Qabaq qismətində isə beş kiçik sümük var. Burada baldır sümüyünə birləşmiş qab sümüyünün quruluşunu zikr edirik.
Bu qısa sümük, yuxarıdan baldır sümüyünə, aşağıdan oynaq sümüyünə, qarşı tərəfdən isə ayaq oturacaq sümüyünə birləşmişdir.
Bu qısa sümük təklikdə ayaq çıxıntısını təşkil edir və qab sümüyünün altında yerləşir.
Ayağın altının sümükləri tərtiblə düzülməklə ayağın altında əyrilik əmələ gətirmişdir. Yəni, ayağın altı, adi halətdə oturacaqlı deyil, bəlkə də qövsvari olub, ayağın altının orta tərəfi, ayağın arxa və qarşı tərəfindən yuxarıda qərar tutmuşdur. Bu qövslər ayağın eni və uzunu istiqamətindədirlər.
Onların məcmuəsi, ayaq üstə durarkən sıxıntıya düzümlü olub, yol gedərkən isə fənər şəklinə düşür. Bu qövslərin azalması elə bir halətə səbəb olur ki, ona ayağın taxtı deyilir.
Ayağın barmaq bəndinin sümükləri əl sümüklərindən bir az qısadır. İki ayaq baş barmağı, ən uzundurlar. Hər barmağın üç bəndi var. Ayaq barmaqlarının sümükləri, əl sümüklərinin əksinə olaraq daxildən xaricə tərəf sayılır. Bu tərtiblə, birincidən beşinciyə qədər ayaq barmağı adlanır. Başqa sözlə desək, ayağın baş barmağını birinci barmaq adlandırırlar.
Ayağın fiziki quruluşunu öyrəndikdən sonra, onun fiqhi dəyəri və şəriətdəki hökmü barədə bəhs edək. İmam Səccad (əleyhissalam) bu böyük nemət barəsində, ayağın işlərinin əxlaqi cəhətlərini xatırlatdı. Amma, insanın hərəkət və yol getməsinə səbəb olan bu üzvün nə qədər dəyəri var?
"Təkmilətül-minhac" kitabında belə yazılır:
"İnsanın iki ayağının kəsilməsi, tam bir insanın qanbahası qədərdir. Hər bir ayağın qanbahası isə insanın qanbahasının yarısı qədərdir. Bu işdə heç fərq yoxdur ki, ayaq oynaqdan, baldırdan yaxud, dizdən kəsilmiş olsun.”(Məbani Təkmilətül-Minhac. Cild. 2. səh. 314 )
Ayaq barmaqlarının hamısının kəsilməsi də insanın tam qan bahası qədərdir. "Müxtəsərün-Nafe" kitabından oxuyuruq:
"İki ayağın kəsilməsi tam insanın qan bahası qədərdir. Onların hər birinin kəsilməsi isə insanın tam qan bahasının yarısına bərabərdir. İki ayağın həddi, ayağın baldırdan ayrılması yeridir. Ayağın barmaqlarının da hökmü, əlin barmaqlarının hökmündədir. (Necə ki, sonrakı bəhsdə gələcək.)
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi