» » Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar
0
Müəllif: Fatimə Nuri Xuda | 23-05-2016, 18:00 | Baxılıb: 512

Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar 

Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar İyirminci əsrin əvvəllərində mə`lum oldu ki, yalnız bizim kəhkəşanda 30 milyondan çox ulduz görünür. Böyük heyrətlə qarşılanan bu mə`lumat dövrümüzün elmi nailiyyətləri tərəfindən bir daha təsdiqləndi və sübut olundu ki, yalnız bizim kəhkəşanda 10(4) milyon ulduz mövcuddur. Adi gözlə gecələr müşahidə zamanı ulduzlar aləmi bir o qədər də əzəmətli görünmür. Amma böyük optik cihazlarla, məsələn, "Vilson”dağ rəsədxanasının müşahidə borusu ilə kəhkəşana nəzər salsaq, ulduzlar aləminin əzəmətinə heyran qalarıq. Bizim kəhkəşandakı ulduzlar bir-birlərinin ardınca elə düzülmüşdür ki, onları dəqiq saymaq qeyri-mümkündür. 10 (4) rəqəmi də təxminlərə əsaslanır. Bu ulduzlar arasında bizim Günəşdən 10 milyon dəfə böyük ulduzlar mövcuddur. Kainatda milyonlarla kəhkəşanlar vardır və bu kəhkəşanlar arasındakı məsafə iki milyon işıq ilinə çatır. Bu gün dünyanın ən güclü müşahidə borusu ABŞ-ın Polumer rəsədxanasındadır. Bu optik cihaz 10³ milyon işıq ili məsafəsində yerləşmiş kəhkəşanları müşahidə etməyə imkan verir. Günəş sisteminin daxil olduğu kəhkəşan Günəşdən 165x 10³ milyon dəfə ağır çəkiyə malikdir. Bütün varlıq aləminə səpələnmiş bu əzəmətli cisimləri nəhayətsiz boşluqlar əhatə edir. Bizimlə ən yaxın ulduz arasındakı məsafə 40x10 (6) milyon kilometrdir. Varlıq aləmindəki kəhkəşanların əzəmətini dərk edə bilməyən insan Allahın sonsuz əzəmətini dərk edə bilərmi? Bu əzəmətli aləm Allah-Taalanın fe`li, sənəti, işidir. Uyğun əzəmət, qismən də olsa, öz yaradıcısından danışır. "Allah vəsf olunası hər şeydən böyükdür.” Bəli, ən güclü vəsf edənlər Onun vəsfində aciz, ən bəlağətli dillər Onun tərifində lal, ən iti düşüncələr Onun əzəmətini dərk etməkdə gücsüzdür.   Haqqında soruşan olarsa əgər, Kimsə yetərli söz çətin ki deyər. Həqiqət budur ki, eşqi şirindir, Hər kəsə boy verməz, çünki dərindir.   "Və bisultanikəl-ləzi əla kullə şəy`” ("Səni hər şeydən üstün səltənətinə and verirəm”)   Ötən söhbətlərdə qismən də olsa, varlıq aləminin əzəməti mövzusuna toxunuldu. O əzəmətli hakim, heç şübhəsiz, dünya və dünya əhlinin zahir və batinindən çox-çox ucadır. Onun qüdrəti hər şeyin fövqündədir və hər şey Onun səltənətində O Sultan qarşısında müt`idir. Bu dünyada Allaha müt`i olanların müt`iliyi əslində Allahın hədiyyəsidir. Ləyaqətini itirənlər bu hədiyyədən məhrum edilirlər. Hər bir insan öz itaətini ilahi mənbədən bilməlidir. Ədalət və ehsan dairəsindən çıxan insan zalımlar zümrəsinə daxil olur. Qur`an ayələrindən, eləcə də tarixi təcrübədən aydın olur ki, heç kim Allahın intiqamından qaçmaq iqtidarında deyil. Müqavimət göstərmək istəyən əbədi əzaba düçar olur. O, səmadan enən və torpaqdan qaynayıb çıxan suya əmr edir ki, tufan halına gəlsin və Nuha qarşı çıxanları həlak etsin. Onun əmri ilə külək üsyankar Ad qövmünü qurumuş ot tək kökündən qoparıb göyə sovurdu. Onun buyruğu ilə Nil çayı zalım Fir`onu azğın qövmü ilə birlikdə Cəhənnəmə yola saldı.   "Və bivəchikəl-baqi bə`də fənai kulli şəy`” ("Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm”)   Onun müqəddəs zatı varlığın eynidir. O, əzəli və əbədidir. O, həmişə və daim olmuş və vardır. Onunla yanaşı heç nə olmamış və yoxdur. Hər şeydən ehtiyacsız olduğu halda öz iradəsi ilə hər şeyi yaratmışdır. Hər şeyin ömrü bitər, O isə daimidir. Varlıq aləmində Ondan başqa müstəqil varlıq yoxdur və bütün digər varlıqlar Ondan nəfəs alır. Ondan savayı hər şey fəna olasıdır. Fəna naqislik, əbədiyyət isə kamal sifətidir. Mütləq kamal üçün mütləq əbədiyyət, bəqa lazımdır. Fəna isə bütün yaranmışların alnına vurulmuş möhürdür.       "Və biəsmaikəl-ləti mələət ərkanə kulli şəy`” ("Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm”)   "Əsma” dedikdə bir neçə hərfdən ibarət olan adlar yox, bu adların həqiqəti, məfhumu nəzərdə tutulur. Bəli, həqiqi rəhmət, lütf, elm, ədalət, qüdrət hər şeyin əsasını doldurmuşdur. Başqa sözlə varlıq aləmindəki bütün mövcudlar Allah-Taalanın sifətlərinin, adlarının cilvəsidir. Mövcudlar bu həqiqətlərlə vücuda gəlmiş və bu həqiqətlərin sayəsində həyat tapmışlar. Bu həqiqətlərə diqqət yetirdikdə aydın olur ki, "kulli şəy`”, yə`ni "hər şeyin” taleyində tə`sirli olan sadəcə söz yox, bu sözün mahiyyətini təşkil edən həqiqi adlar və sifətlərdir. Həqiqi adlar varlıq aləmindəki həqiqətlərin araşdırılmasında vasitədir. Mə`sumlardan nəql olunmuş bir duada oxuyuruq: "Pərvərdigara, Səni böyük adına and verib istəyirəm. O daha böyük, daha əziz, daha dəyərli adına ki, Sən bu adla çağrıldığın zaman bağlı qapılar rəhmətinlə açılar, müşküllər həll olar, ölülər dirilər, ehtiyac və pərişanlıq aradan qalxar...” Sadalanmış işlər araşdırıldığı zaman aydın olur ki, məqsəd "qüdrət” kəlməsi yox, bu kəlmənin arxasında durmuş həqiqətdir. "Hər şeyin "əsasını dolduran adlar Qur`an və rəvayətlərdə "adlar” kimi zikr olunmuş həqiqətlərdir. Bu adlar bütün mövcudlardan seçilən, Allah və insanlar arasında Qiyamət gününədək vasitə olan Mə`sum İmamlarda təzahür edir. Rəhmət, hidayət, lütf, kərəm, bağışlama kimi sifətlər məhz bu Mə`sumlar vasitəsi ilə xalqa aydın olur. İnsanların yaxşı əməlləri bu Mə`sumların mə`rifət və vilayəti sayəsində qəbula yetişir. Böyük rəbbani alim Feyz Kaşani "Safi” təfsirində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir: "And olsun Allaha, Onun gözəl adları bizik. İnsanların əməlləri yalnız bizi, bizim vilayət və məqamımızı tanımaqla qəbul olunar.” Demək, yalnız sözə diqqət etməklə heç bir həqiqətə çatmaq olmaz. Hərf və söz dairəsindən çıxıb, varlıq aləmində cilvəsi müşahidə edilən həqiqi adlara bağlanmaq lazımdır. "Səni and verirəm o adının haqqına ki, onun vasitəsi ilə ərşi yaratdın, kürsünü vücuda gətirdin, ruha varlıq verdin.”   "Və biilmikəl-ləzi əhatə bikulli şəy`” ("Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm...”)   Allah-Taalanın bütün mövcudların zahir və batinini əhatə etmiş «fe`li» və «hüzuri» elmindən milyardlarla bir iynə ucunda yerləşən atom da məxfi deyil. Torpaqda gizlənmiş buğda dənəsi, bir-birini qovan qar dənələri, bütün digər mikro-zərrəciklər Allahın elm dairəsindədirlər. "Ali-İmran” surəsinin 29-cu ayəsində oxuyuruq: "Göylərdə və yerdə olanı bilir;” "Ən`am” surəsinin 59-cu ayəsində isə belə buyurulur: "Quruda və dənizdə olanı bilir. Ondan xəbərsiz bir yarpaq belə düşməz”. Daha iki ayəyə nəzər salaq: "Allah sizin gizlin və aşkar işlərinizi bilir.” "Yerə batanı və yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir. O, mehriban və bağışlayandır” Bu günədək zooloqlar 700 minədək həşərat növü qeydə almışlar. Bu həşəratların ümumi sayını hesablamaq qeyri-mümkündür. İsti yay günündə havada və torpaqda olan kiçik canlıların sayı sonsuzdur. Bir təpənin qoynunda, çatlarında olan həşəratlar bir materikdəki insanlardan çoxdur.   "Və binuri vəchikəl-ləzi əzaə ləhu kullu şəy`” ("Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm...)   Qur`ani-Kərim və rəvayətlərdə kamillik və insani dəyərlər nur adlandırılmışdır. Nur hidayət, yə`ni imana doğru hərəkət üçün yardım deməkdir. İslam, mə`rifət, elm, Qur`an – hər biri nurdur. "Maidə” surəsinin 15-ci ayəsində buyurulur: "Sizin üçün Allah tərəfindən nur və aydın bir kitab gəlmişdir”. Nur ilahi hökmlər, əxlaqi məsələlər, e`tiqadi həqiqətlərdir. "Maidə” surəsinin 44-cü ayəsində oxuyuruq: "Biz hidayət və nur olan Tövratı nazil etdik”. Bütün bu mə`nalara diqqət etdikdən sonra deyə bilərik ki, nur Allah-Taalanın sifət və adlarıdır. Hər bir məxluq öz iste`dadı həddində bu nurdan faydalanır və zülmətdən işığa hərəkət edir. İste`dadlı insan bu nurun sayəsində zülmdən, küfrdən xilas olub ədalət və iman yoluna qədəm qoyur. Ayə və rəvayətlərdən belə görünür ki, "nuri vəch” "Covşən kəbir” duasında min dəfədən artıq təkrarlanmış həqiqət və kamilliklərə işarədir. Bəs nə üçün "nur” kəlməsi tək haldadır? Çünki ali sifətlər və gözəl adlar ilahi zatın özü, eynidir. Elm, hikmət, ədalət, rəhmət və sair sifətlər müqəddəs zatı təşkil edir. "Nur” kəlməsinin "hidayət” mə`nasında tez-tez işlənməsini nəzərə alaraq bu duanın mə’nası bəlkə də belədir: "Pərvərdigara! Səni bütün mövcudların doğru yol tutmasına səbəb olmuş hidayətinə and verib, Səndən istəyirəm.” Hər halda, "Nur” kəlməsində bütün ilahi mə`nalar vardır.   "Ya nuru, ya quddusu, ya əvvələl-əvəlinə və ya axirəl-axirinə” ("Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı”)   Ey kamilliklərin tamı, ey mütləq zühur, ey aşkar, ey zahir! Ərəfə günü Ərəfat səhrasında "mətləil-fəcr” nurun, xalis bəndən Həzrət Hüseyn (ə) Sənin dərgahına belə ərz etdi: "Başqası üçün elə bir zühur varmı ki, Sənin üçün olmasın və həmin başqası Sənin zühuruna vasitə olsun?! Nə vaxt gizli olmusan ki, varlığına dəlil axtarıla və nə vaxt uzaq olmusan ki, Sənə yaxınlaşmaq üçün vasitələr tapıla?!” "Pərvərdigara! O zaman ki, özümə gəlib diqqətlə baxıram, görürəm cəlal və camalın varlıq aləmində aşkardır. Müqəddəs vücudunda məxfilik yoxdur ki, əlimə çıraq götürüb dərgahını axtaram. Tutduğum yolun həqiqi olduğuna bir dəlil tapanda görürəm ki, bu dəlilləri də Sən yaratmısan.” İnsan puç xəyallardan ayılıb azca düşündükdə anlayır ki, Allah-Taalanın varlığı hər zaman aşkardır və onun varlığına tapılan dəlilləri də özü yaratmışdır. Ey bütün eyblərdən pak, ey bütün vəsflərdən uca, ey nur, ey başlanğıcların başlanğıcı, ey nəhayətlərin nəhayəti! Sən özün əzəli olaraq hər şeyə başlanğıc vermiş və hər şey məhv olduqdan sonra əbədi qalasısan! Başlanğıc və son, yaranmışlara aid olan sifətlərdir. Əvvəl və axır, yaranmış üçün qaçılmaz bir həqiqətdir. Başlanğıc odur ki, bir zaman olmayanları Allah var etdi. Axır odur ki, bütün yaranmışlar nə zamansa fəna olasıdır. "Ey əvvəllərin əvvəli və ey axırların axırı”   "Allahumməğfirliyəz-zunubəl-ləti təhtikul-isəm” ("Allahım,bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar”)   Günah nədir? Allahın, peyğəmbərlərin və imamların göstərişlərinə zidd olan hər bir hərəkət, iş, söz günah hesab olunur. Bə`zi günahlar o qədər ağırdır ki, günahkar şəxs Allah və peyğəmbərlərlə savaşa qalxmış hesab olunur. Dünyada baş vermiş hər hansı bir günah Qiyamət günü insanın yaxasından yapışmış oda çevriləcək. "Nisa” surəsinin 10-cu ayəsində buyurulur: "Şübhəsiz ki, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar”. Günah Allah-Taalanın süfrəsində duz yeyib, min bir ne`mətdən istifadə edib, duzqabını sındırmaqdır. Tarix boyu duz-çörəyi itirmək insafsızlıq hesab olunmuşdur.

Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
Müəllif: Hüseyn Ənsarian

 
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.