» » Varlıq aləmi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Varlıq aləmi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-05-2016, 16:00 | Baxılıb: 1 216
     

     Varlıq aləmi

    İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Varlıq aləmindəki bütün mövcudlar atom adlı hissəcikdən təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu müşahidə etməkdə acizdir. Təsəvvür edin ki, ən iti iynənin ucunda 55x10(18) atom yerləşir. Əgər iynənin ucunu dağ ölçüsünə gətirə bilsək, hər atom milçək böyüklükdə olar. Atom üç hissədən təşkil olunmuşdur: mənfi yüklü elektron, müsbət yüklü proton və işarəsiz neytron. Protonlar və neytronlar atomun nüvəsini təşkil edir. Elektronlar isə bu nüvə ətrafında Ay Yer ətrafında fırlandığı kimi fırlanırlar. Varlıq aləminin atomlardan hansı üsulla yaranması yalnız Allaha bəllidir. "Kəhf” surəsinin 51-ci ayəsində oxuyuruq: 
    "Biz insanı göylərin, yerin və onun özünün yaranışına şahid etmədik.”
    Qur`ani-Kərimin buyurduqlarından aydın olan və alimlərin uzun-uzadı elmi araşdırmalardan sonra gəldikləri nəticə budur: Fəzada səpələnmiş tüstü və qaz zərrələri yalnız təsadüfən bir-birləri ilə toqquşurlar. "Fussilət” surəsinin 11-ci ayəsində oxuyuruq: «Sonra göylərin yaranışına diqqət etdi. Hansı ki, bir tüstü topası halında idi.»
    Allah-Taala ulduzları yaratmaqla bizə ən yaxın olan səmanı bəzədi. Milyonlarla zərrə bulud topaları tək dövr etməklə mərkəzə doğru cəzb olundu. Bu fırlanma nəticəsində elə bir istilik yarandı ki, zərrə buludları alışıb qaranlığı işıqlandırdı. Nəhayət, milyon-milyon qızmış topalardan ulduzlar yarandı. Beləcə qaranlıq dünya işıqlandı və səma ulduzlarla bəzəndi. 
    Geniş bir ərazidə formasız bulud ətrafı eyni sıxlıqla doldurdu. Maddi zərrələr bir-biri ilə birləşdi. Bulud təlatümə gəlmiş qaz dəryasına döndü və fırlanmağa başladı. Hər biri bir iqlim boyda olan dalğalar bir-biri ilə toqquşub bu dəryada gözdən itirdi. Bu coşqun dəryada maddələrin fırlanması tə`sirindən sanki yivlər yaranırdı. Bu görüntülər asta-asta formalaşıb nizamlı varlığa çevrilirdi. "Süd yolu” kəhkəşanının bir tərəfində Günəş sistemi formalaşırdı. Bu sistem Allahın rəhməti sayəsində nizama düşürdü. Kəhkəşanın bir hissəsində təlatümlü bir tufan qopdu. Tünd qaz cərəyanları hərəkətə gəlib böyük fırfıra şəklində genişlənir, onun ətrafında işıq yaranırdı. Bu fırfıra hərəkət etdikcə qazlar yavaş-yavaş mərkəzə doğru irəliləyir və mərkəzdə əzəmətli bir nur mənbəyi olan Günəş işıqlanırdı. "Nuh” surəsinin 16-cı ayəsində oxuyuruq: "Onların arasında Ayı işıqlandırıb, Günəşi nurlu çıraq etdi.”
    Sonra Günəşin ətrafındakı qaz və toz hissəcikləri bir-birindən ayrılıb burulğanlara çevrildi. Bu burulğanlar Günəş ətrafında müxtəlif yollarla hərəkətə başladılar. Günəşə yaxın hərəkət edən burulğanlarda istilik, Günəşdən uzaq hərəkət edən burulğanlarda soyuq hakim idi. Hər bir burulğanda qaz və toz hissəcikləri əlaqəli hərəkət edirdi. Bə`zi qaz hissəciklərindən yaranmış buxar toz hissəciklərinə hopur və rütubətli hissəciklər bir-birinə yapışırdı. Bə`zən də bu prosesdə buz və gil parçaları da formalaşırdı. Hər bir burulğanda milyonlarla belə parçalar formalaşmaqdadır. Cazibə qüvvəsi onları bir-birinə doğru çəkir. Onlar bir-birinə yapışaraq nəhəng və fırlanan şarlar şəklinə düşür. Bu nüvələr ətrafındakı parçaları özünə cəzb edərək günü-gündən nəhəngləşir. Nəhayət, Allahın qüdrət və rəhməti sayəsində Yer planeti yaranır. 
    Digər burulğanlarda formalaşan planetlər Günəş ətrafında özünə yol seçir. Günəşə ən yaxın planet Ütarid, yə`ni Merkuridir. Merkuridən sonra Zöhrə (Venera), Yer, Mərrix (Mars), Müştəri (Yupiter), Zühəl (Saturn), Uran və Neptun gəlir. Sonuncusu isə Plutondur. 
    Atom nə qədər kiçikdirsə kainat bir o qədər böyükdür. İnsan heç zaman bu ölçünü dərk edə bilməyəcək. Saniyədə 300 min km. sür`ətə malik olan işıq ən yaxın ulduzdan dörd il müddətində yerə gəlib çatır. Kaliforniyadakı 5m. diametrli güzgüyə malik teleskop işığı yerə 10x10 (8) ilə çatan ulduzları müşahidə edə bilir. Müasir teleskoplarla müşahidə edilən ulduzları yüz illər boyu saysaq da qurtara bilmərik. Kəhkəşan o qədər əzəmətlidir ki, uzunluğu yüz min işıq ilini ötür. Ən güclü teleskopların görmə məkanında yüz əlli milyondan çox kəhkəşan mövcuddur. İki qonşu kəhkəşan arasındakı məsafə iki milyon işıq ilidir. İndi özünüz fikirləşin ki, teleskopun görmə məkanından kənarda nələr mövcuddur! Həzrət Əli (ə) buyurur: "Yaranış Allahın rəhməti əhatəsindədir. Elə bir rəhmət ki, yaranış və inkişaf, xeyir vermə və şərrin dəfi, formalaşma və nizam mayasıdır.”

    Cahanın ən şərəfli qonağı 

    Varlıq evinin bu sayaq bəzənib nizama salınması, müxtəlif ne`mətlərdən ibarət kamil bir süfrənin açılması şərəfli bir qonağın gəlişini zəruri edir. Bu qonaq ne`mətlərdən faydalanıb enerji əldə etməklə ilahi kitablara, peyğəmbərlər və imamların göstərişlərinə uyğun bəndəlik yolu seçməlidir. Dünya həyatını başa vurduqdan sonra bu möhtərəm qonaq ölüm dalanından keçib başqa bir dünyada əməllərinin əvəzini almalıdır. Öz bəndəlik vəzifələrini layiqincə yerinə yetirənlər ilahi rəhmət sayəsində Behiştdə sakin olasıdır. 

     
    Kitabın adı: Kumeyl duasının şərhi (1-ci cild)
    Müəllif: Hüseyn Ənsarian

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.