Bu mənzərəyə (günəş, ay, ulduzlar və bürclər) nəzər sal. Gör necə onlar daim dünyanın ətrafına fırlanırlar. Və bunun nəticəsində gecə-gündüz və dörd fəsil əmələ gəlir. Yer və bütün canlılar (heyvanlar və bitkilər) şərh verdiyim kimi onlardan bəhrələnirlər.
Heç bir aqil insan fikirləşmir ki, bu təqdir və dəqiq hesab bir həkim və müdəbbir şəxsin işidir?
Bir kəs desə ki, nə olardı əgər bütün bunlar təsadüfü olardı. Gərək onun cavabında deyilə: niyə bu söz ağacların və otların sulanması üçün istifadə olunan çarx haqqında deyilmir? Taxtadan olan bu dolab və çarx məgər hikmətsiz və ya öz-özünə yaranmışdır?
Gecə və gündüzün vaxt saatları
Ey Müfəzzəl! Gecə və gündüzün vaxtı və insanlar üçün onda olan hikmət haqda fikirləş. Gecə və gündüzün vaxtı 15 saatdan artıq deyil. Əgər gün yüz ya iki yüz saat çəksəydi, nə olardı? Bu vaxt bütün canlılar məhv olmazdımı? Insanın məhv olmasına, onun işdən əl çəkməsinə və heyvanların otlamaqdan uzaqlaşmasına səbəb olardı. Bu da onların həlak olması ilə nəticələnərdi.
Gecə də belədir. Əgər gecə çox uzansa, heyvanlar hərəkətdən və çalışmaqdan qalarlar və aclıqdan ölərlər. Otlar da öz təbii hərarətini əldən verib, məhv olardı.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri