Ağacların və bitkilərin tumu və çəyirdəyi
"Çəyirdək”, "tum” və onlarda olan sirrlər haqda fikirləş. Çəyirdək meyvənin içində olur. Əgər ağacın özünün əkilməsi üçün bir mane qabağa gəlsə, tum onun yerini doldurur. Necə ki, bə`zən bir qiymətli şeyə ehtiyac çox olanda, onu başqa yerdə saxlayırlar. Ta ona xətər dəyməsin.
Həmçinin möhkəm tum yumşaq və lətif meyvəni qoruyur. Əgər belə olmasaydı, meyvə tez məhv olardı. Bəzi çəyirdəkləri sındırırlar və yeyirlər. Bəzisindən yağ alırlar və müxtəlif sahələrdə istifadə edirlər.
Meyvənin çəyirdək və tumunun faydalarından agah olandan sonra, fikirləş ki, niyə çəyirdəkdən xurma, tumundan üzüm əmələ gəlir? Xurmanın və üzümün yerinə əgər sərv və çinar ağacları əmələ gəlsəydi, necə olardı? Bu insanın onlardan xeyir və ləzzət alması üçündür.
Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər
Ağacın yaradılışında gizlənmiş hikmətlər və tədbirlər haqda fikirləş. Onlar hər il ölür. Ancaq onun qərizəvi hərəkəti qalır və ondan meyvənin maddələri əmələ gəlir. Sonra hər yerə yayılır. Və sonra ləziz bir yemək şəklində sənə verilir. Sənə müxtəlif və xoşdadlı meyvələr təqdim olunur. Onun budaqları əl kimi sənə təqdim olunur və gözəl meyvələri sənin ixtiyarına verilir. Bu dəqiq hesab-kitab və əzəmətli hikmət fəqət böyük yaradanın işidir. Bu insanların meyvələrin ləzzətindən bəhrələnməsinə görədir.
Təəccüblüdür ki, bəşər ne`mətin şükrünü etmək əvəzinə, Mun`imi (ne`mət verən) inkar edirlər.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri