Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur
Meyvələr o vaxt istifadə olunur ki, onlara ehtiyac duyulur. Məsələn: Bə`zi meyvələr yayın qızmar istisində yetişir. Çünki, həmin vaxt istifadə olunur. Əgər yay meyvələri qışda yeyilsəydi, insana ziyan verməkdən əlavə insan onları yeməkdən imtina edərdi.
Görürsən bəzən xiyar qışda yetişir. Onu öz xeyrin və ziyanın bilməyən insanlardan başqa heç kim yemir.
Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar
Ey Müfəzzəl! Xurma barəsində fikirləş. Onun budaqlarına nəzər sal. Elə bil onları əllə düzəltmisən. Və onların bərk və möhkəm saplağı vardır ki, ağır xurma salxımlarını saxlaya bilsin. Onlar bu cür möhkəm yaradılmışdır ki, evlərin və körpülərin tikilməsində istifadə edilə bilsin.
Xurmanın çubuqları da budaqları kimi möhkəmdir. Əgər onlar daş kimi möhkəm olmasaydı, bu çubuqlardan taxta yeşik, pəncərə və kürsülər hazırlamaq olmazdı. Bu çubuqların böyük xüsusiyyətlərindən biridə budur ki, onlar suyun üzərində qalır və batmır. Bütün insanlar onun bu xüsusiyyətindən agahdır, ancaq bu işin böyük əhəmiyyətindən bixəbərdirlər. Əgər onda bu xüsusiyyət olmasaydı, böyük gəmilər və qayıqlar özlərinin dağ kimi ağır yükünü daşıya bilməzdilər. Əgər bu iş olmasaydı insanlar çox çətinliyə düşərdi və bəzi şey tapılmazdı.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri