Narın ecazkarlığı və xilqətin hədəfinin nişanələri
Narın hikmətli yaranışından ibrət dərsi al. Əgər ona diqqətlə fikir versən, onun dənələrinin necə düzüldüyünü görərsən. Dənələrin arası zərif və nazık parçalarla toxulmuş və hamı birlikdə möhkəm qabığın arasında qərar tutmuşdur.
Əgər narın arası birbaşa dənə olsaydı, dənələrə gedən qidanın yolu bağlanardı. Nar dənələrinin kökləri onun daxilində olan hündürlüyə birləşmişdir və bu yolla onlar qidalanırlar. Nar dənələri bu hündürlüyün üzərinə əkilmişdir və pərdəyə bükülmüşdür. Həm də onların üstü möhkəm qabıqla örtülmüşdür ki, dənləri xətərdən qorusun. Bunlar yalnız narın e`cazkarlığının bir hissəsidir. Əgər bir kəs mütaliə etsə çox şeylər öyrənə bilər. Amma ibrət almaq üçün bu qədər bəsdir.
Zəif kollar və böyük meyvələr
Ey Müfəzzəl! Küdu, yemiş, qarpız və xiyar kimi zəif kolların necə böyük və ağır meyvələr verməsi haqqında fikirləş. Əgər bu zəif kollar ağaclar kimi olsaydı, bu cür ağır meyvələri saxlaya bilməzdi.
Görürsən ki, necə onun yarpaqları və yer kolun əvəzinə bu ağır meyvələri öz çiynində daşıyır. Sən bir küdu vəya yemiş koluna nəzər sal. Gör necə onlar bir-birinə oxşayır. Ancaq onun ətrafını neçə dənə meyvə tutmuşdur. Elə bil yerdə uzanmış pişikdir və balaları ondan süd içir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri