Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər
Quşun yumurtasının yaradılışından ibrət dərsi götür. O, sarı rəngli maddədən və ağ sudan təşkil tapmışdır. Onun bir hissəsi cücənin əmələ gəlməsi və bir hissəsi qidalanması üçündür. Cücə yumurtadan çıxana qədər həmin qida ona bəs edir. Cücə yumurtanın içində bir məhbusa bənzəyir ki, onun hər tərəfi möhkəm qalalarla örtülmüşdür. Ona qida yetişməsi üçün heç bir yol yoxdur. Buna görə də həbs müddəti üçün lazım olan ruzu və qida onun yanında qoyulmuşdur.
Quşun çinədanı
Ey Müfəzzəl! Quşun çinədanının yaranışında gizlənmiş olan hikmətlər haqda fikirləş. Çinədandan mə`dəsinə qədər olan qida yolu dardır ki, yemək yavaş-yavaş ona yetişsin.
Toyuq diqqətlə və qorxu ilə dənləri yerdən dənləyir. Bəs quşun çinədanı bir torba kimi sinəsindən asılmışdır ki, hər nə tapsa sür`ətlə götürsün. Ancaq mə`dəyə dənlər yavaş-yavaş gedir.
Deməli çinədanın başqa bir xüsusiyyəti də vardır. O budur ki, bə`zi quşlar qidanı öz daxilindən çıxarıb, cücələrin ağzına qoyurlar. Bu işi görmək üçün çinədan ən yaxın yoldur.
Quşların rənginin müxtəlifliyinin sirri
Müfəzzəl deyir: Bəzi kafirlər quşların rənginin və formasının müxtəlifliyinin öz-özünə və hesab-kitabsız olmasın fikirləşirlər. İmam buyurdu:
Ey Müfəzzəl! Tovuz quşlarının və sığırçınların üstündə olan cürbəcür rənglər və onlarda olan nizam-intizam məgər öz-özünə, hədəfsiz yaradılmışdır?
Bəs niyə hədəfsiz və təsadüfi olan nizan-intizam bir vücudda cəm olmuşdur?
Şübhəsiz ki, əgər bütün bunlür öz-özünə yaransaydı, bu işdə bu cür nizam-intizam olmazdı. Hər şey qarışıq və intizamsız olardı.
Quşların lələkləri
Quşların lələklərinə diqqət et. Onlar paltar kimi çox nazik saplardan toxunmuşdur. Lələklər bir-birinə çox möhkəm birləşmiş və bağlanmışdır. O vaxt ki, onları dartırsan, bir-birindən ayrılmırlar.
Lələklərin arasında möhkəm və milşəkilli bir sütun qoyulmuşdur ki, lələyin hissələrini möhkəm saxlasın. Ancaq bu möhkəmliklə bərabər onun içi boşdur ki, lələyin ağırlığı quşun uçmağına mane olmasın.
Bəzi quşların uzunayaqlı olmasının sirri
Ey Müfəzzəl: Quşların uzunayaqlı olmasının sirri haqda fikirləşmisənmi? Bu quşlar çox vaxt su çalalarında olurlar. Onların iki hündür qıçı vardır. Quşlar hündür binanın üstündə dayanmış qarolçuya oxşayır ki, həmişə suyun daxilini nəzərdə saxlayır. Hər vaxt öz ruzusun gördü, yavaş-yavaş gəlib, onu ovlayır.
Əgər bu quşların ayaqları qısa olsaydı, onlar ova tərəf hərəkət edəndə, qarını suya dəyərdi və ov qorxudan qaçardı. Bəs bu ayaqlar quşların qidanı ələ gətirməsi üçündür.
Quşların yaranışında olan nizam-intizama nəzər sal. Bunların uzun ayağı olmaqla yanaşı uzun boğazı da vardır. Əgər bu quşların boğazı qısa olsaydı, qidanı yerdən götürə bilməzdi.
Bəzən onların uzun dimdiyi, qidanın boğaza yetişməsinə kömək edir.
Görürsən ki, yaranışda olan hər şey hikmət və tədbirlə xəlq olunmuşdur.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri