İsti və soyuq gör necə dünyanı qoruyurlar. Bu iki-şey fəsillərin əmələ gəlməsinə və il boyu havanın müxtəlif olmasına səbəb olur. Çünki bu bütün canlıların xeyrinədir. Isti və soyuq həm də bədənlərin möhkəm olmasına səbəb olur. Əgər isti və soyuq olmasa və bədənləri soyuq və isti etməsə onlar məhv olarlar.
Gör necə bunlar yavaş-yavaş bir-birinin ardınca əmələ gəlir. Əgər bunlardan biri, birindən daxil olsa (isti qurtarmamış soyuq birdən daxil olsa) çoxlu xəstəliklərə səbəb olar. Bu iş ona bənzəyir ki, sizlərdən biri çox isti bir hamamdan çıxıb, çox soyuq bir yerə daxil olur. Şübhəsiz ki, bu iş böyük ziyana və xəstəliyə səbəb olar.
Bəs Allah-Taala belə məsləhət bilmişdir ki, isti və soyuq yavaş-yavaş daxil olsunlar. Bu mövcudları da zərərdən və xəstəlikdən qorumaq üçündür.
Əgər bir kəs deyə: Bu iş günəşin yavaş-yavaş hərəkət etməsi və onun yerlə olan fasiləsinə görədir? Onda gərək ondan soruşaq: Niyə günəşin hərəkəti və onun yerlə olan fasiləsi bu cür yaradılmışdır? Əgər günəşin nurunun tədriclə yerə çatmasını və məşriqlə məğribin arasında olan fasiləni dəlil gətirsə gərək bu işin səbəbini də ondan soruşaq. Hər nə cavab versə, yenə də bu sual ortaya çıxacaq. Niyə belədir? Ya varlıq aləminin tədbirlə və hədəflə olması isbat olunur.
Əgər istilik olmasaydı, bərk, acı və yumşaq meyvələr yetişməzdi: Əgər soyuq olmasaydı, tarlalar bu cür cavan qalmazdı, dənli bitkilər yetişməzdi.
İsti və soyuq bütün bu xeyrlərlə yanaşı insanı yenə də xəstələndirir. Bu ibrət əhli üçündür.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri