Aya nəzər sal. Ay açıq-aydın bir dəlildir ki, insanlar qəməri aylarını tanımaq üçün ondan bəhrələnirlər. Və ilin hesabı onunla tənzimlənir. Çünk onun hərəkəti fəsillərin əmələ gəlməsi və meyvələrin yetişməsi üçün kifayət deyil. Ona görə də qəməri ayları və illəri günəş ayları və illərindən fərqlənir. Ona görə də qəməri aylar bəzən qışa və bəzən yaya təsadüf edir.
Ayın nurunun faydası
Gecənin qaranlığında ayın nuruna olan ehtiyac haqda fikirləş. Canlıların istirahət etməsi və onlara görə havanın istiliyinin azalması üçün qaranlığa ehtiyac olmasına baxmayaraq məsləhət olmadı ki, gecələr qaranlıq hər yerə hakim olsun. Çünki insanların çoxu gecələr işləyir. Həm də bəzən gündüzlər hava həddindən artıq isti olur. Ona görə də işlərin çoxu gecə görülür. Məsələn: Torpağı belləmək, ağac əkmək və sair.
Ay bə`zi gecələr çıxır və bə`zi gecələr çıxmır. Bununla belə onun nuru günəşin nuruna çatmır. Ona görə ki, insanlar gecənin rahatlığından məhrum olmasınlar. Allah-Taalabelə məsləhət bilmişdir ki, ay bə`zən görünür və bə`zən görünmür, bə`zən çox saçır və bə`zən az. Bütün bunlar xaliqin qüdrətinə bir dəlildir ki, cahanın və canlıların xeyrinə görə onu belə yaratmışdır. Bəlkə ibrət əhli ondan ibrət dərsi alalar.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri