Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ulduzlar və onların bəzilərinin tək və bəzilərinin birlikdə hərəkəti
Ey Müfəzzəl! Ulduzlar və onların müxtəlif hərəkətinə diqqət et. Onların bə`zisi öz xəttindən kənara çıxmır və ulduzlarla birlikdə hərəkət edir. Bə`ziləri isə ayrı bir yolla hərəkət edir. Ulduzların hər birinin 2-müxtəlif yolu vardır: biri ümumi yoldur ki, məğribə tərəf, o biri isə ayrılıqda məşriqə tərəf hərəkət edir. Bu qarışqanın dəyirman daşının üstündəki hərəkətinə oxşayır. Bu vaxt daş sağ tərəfə, qarışqa isə sol tərəfə fırlanır. Bu vəziyyətdə qarışqanın 2-müxtəlif yolu vardır. Biri öz-özünə olan yoludur ki, o qarşısına diqqət edir. O biri isə icbari hərəkətdir ki, dəyirman daşı qarışqanı onun hərəkətinin əksinə fırladır.
Batil əhlindən soruş ki, ulduzların bu hərəkətləri və nizam-intizamı təsadüfən ya öz-özünə yaradılmışdır? Əgər belədirsə, niyə onlar bir yerdə hərəkət etmirlər və niyə onlar bürclərlə birlikdə hərəkət etmirlər? Bəs necə bu dəqiq və hesablanmış iki hərəkət yaranmışdır? Bunlar bu hərəkətlərin hədəfli, hikmətli və hesablanmış olmasına bir dəlildir. Əgər bir kəs soruşsa: Niyə ulduzların bə`ziləri cəm halda və bə`ziləri isə yerdəyişmə şəklində hərəkət edirlər?
Cavab veririk: Əgər bütün ulduzlar cəm halda hərəkət etsələr, daha ulduzların yerdəyişməsindən və onların bürcdən- bürcə yerini dəyişməsindən bəhrələnə bilməzdik. Cünki günəşin və ulduzların yerini dəyişməsi vasitəsi ilə dünyada baş verən hadisələri dərk etmək olar. Həm də əgər ulduzların məzilləri olmasaydı, onları tapmaq olmazdı. Necə k, müsafir bir mənzilindən başqa mənzilə səfər edir. Onun yolu bu mənzillər vasitəsi ilə tanınır. Əgər bu nizam-intizam olmasaydı, bu hərəkətin faydaları aradan gedərdi. Bu vaxt biri deyə bilər ki, onlarda zikr edilən cəhətlər təsadüfüdür. Hərəkətlərin müxtəlifliyi və onlarda gizlənmış faydalar, özü onların hikmətli olmasını sübut edən böyük bir dəlildir.
Bə`zi ulduzların faydaları
Surya, cuza, şə`ri və süheyl kimi ulduzlar ilin bə`zi hissəsini gizlənir və bə`zi hissəsini isə zahir olur. Əgər onlar birlikdə eyni zamanda görünsələr, insanlar onların heç birindən yol tapmaq üçün istifadə edə bilməzdi. Bu ulduzların (surya, cuza) aşkar olmasından insanlar xüsusən gecələr çox istifadə edilir. Surya ulduzlarının zahir və gizli olması özü də xaliqin bir məsləhətidir. "Yeddi ulduz” isə səmada həmişə görünür. Çünki bu məcmuə səhrada və dənizdə tanınmayan yolları tapmaq üçün nişanədir. Bəs hər iki işin özünə məxsus xüsusiyyəti vardır. Bunların başqa faydalrı da vardır. Məsələn: əkinçilər, bağçılar və müsafirlər küləyi, istini və soyuğu bunların köməyi ilə tə`yin edirlər. Əgər günəş ay və ulduzlar bizim yaxınlığımızda hərəkət etsəydilər. Onların parıltısını və ulduzların güclü nurunu yaxşı dərk edərdik. Onların bu cür yaxın olması görəsən bizim gözlərimizə zərər yetirməzdimi?
Allah-Taalaməsləhət bilmişdir ki, ulduzların hərəkəti uzaq nöqtələrdə olsun. Və onlar insanların gözünə ziyan yetirməsin: Ulduzlar lazımı qədər hərəkət etmək üçün onların nurunun çox az bir hissəsi bizə gəlib çatır. Əgər ay olmasa insan ulduzların vasitəsi ilə yolu görə bilsin.
Allahın işlərində olan hesab-kitaba diqqət et. Qaranlıq üçün müəyyən bir vaxt tə`yin etmişdir. Çünki ona ehtiyac vardır. Və bu qaranlığın arasında şərh etdiyimiz ehtiyaclara görə bir qədər nur yaratmışdır.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |