** Peyğəmbərimiz vəsfi Seyyid Əzim qələmində **
Arizi-pakındır, ey sirri-Xuda, ümmül-kitab
Mahrüxsarım, bu yüzdən bir vərəqdir afitab.
Yetdi çün, xaki- Mədinə məqdəmindən dövlətə
Oldu virdi-asiman,-Ya leytəni kuntu türab.
Ta niqab oldu sənin rüxsarına, əbri-siyah
Afitab oldu nihan,-Hətta təvarət bil-hicab.
Əlləməl-əsmadə, oldun sən müəllim Adəmə
Eyliyib İdris, səndən dərsi-hikmət iktisab.
Ğaibəm səndən vəli, könlüm sənin yanındadır
Halimə şamil degildir, nükteyi-Mən ğabə-ğab.
Sən ki şəhri-elmsən, ol şəhr babi Mürtəza(Ə)
Babiyəm ol babə mən, övsaf qıllam bab-bab.
Yandı Seyyid, atəşi-nari-fəraqından sənün
Qoyma kim, yansın onu Duzəxdə, ey Ali-Cənab.