Deyəndə “nə'budu” can bəxş edib ibadətə Zəhra,
Edəndə səcdə səfa verdi mənəviyyətə Zəhra.
Qılanda sübh namazın səhər nəsimi dirildi,
Dua edəndə təkan verdi ərşi-hikmətə Zəhra.
Deyəndə “nə'budu” can bəxş edib ibadətə Zəhra,
Edəndə səcdə səfa verdi mənəviyyətə Zəhra.
Qılanda sübh namazın səhər nəsimi dirildi,
Dua edəndə təkan verdi ərşi-hikmətə Zəhra.
Əgərçi nazikidi qəlbi güllərin vərəqindən,
Təhəmmül eylədi dağdan ağır müsibətə Zəhra.
Olar ki, Fatiməni incidiblə, neyləyəcəklər,
Peyəmbərilə qoyanda qədəm qiyamətə Zəhra.
Səmayə kim səfər etsə görər deyüllə mələklər,
Əli ədalətə mə'na yaratdı, ismətə Zəhra.
O qədri məktəbi-Zəhradə mərifət öyrən,
Ki, həşrdə səni layiq görə şəfaətə Zəhra.
Yazım nə elmilə Seyyid o həzrətin şərəfindən,
Bu bəsdi ki, analıq eyliyib imamətə Zəhra.
Seyid Əli Əkbər Ocaq Nejad