» » Həzrət Əmirəl-möminin Əli (ə)-ın şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrət Əmirəl-möminin Əli (ə)-ın şəhadəti
    +10
    Müəllif: Yusifi Zehra | 8-07-2015, 11:30 | Baxılıb: 1 126
     
     
    Həzrət Əmirəl-möminin Əli (ə)-ın şəhadəti
     
     Verilər bu xəbəri nisbət Ümmü-Gülsumə
    Mənə qonaq idi Şiri-Xuda, Şəhi-əbrar
    Dürüst etdim iki qursu co, bir az da nəmək
    Əlavə bir kasa süd gətirdim eyləsin iftar
    Atan Əlini, dedi, görmüsən qızım ta hal
    İki xüruşt yeyə bir yerdə ey həmidə şüar
    Birin götür buların! İstədim duzu götürəm
    Dedi bu kaseyi-şiri götür qızım, zinhar
    Əli ləziz təamı nə növ meyl eləsin?
    Hesabını çəkəcək Kirdigar yövmi-şümar!
    Qərəz, İmam iki lüqmə təam meyl elədi
    Namaz başladı rüknü-səlati-Maliki-Barr
    Qılıb namaz gəhi səhni xaliyə çıxdı
    Nücumə eylədi gəh çeşmi həsrətilə nəzar
    Baxıb göyə dedi: Səddəqtə ya RəsulAllah!
    Nişan verir ölüm asarı sabitü-səyyar
    Dedim: baba, niyə vəhşətdəsən, nə var bu gecə?
    Çox iztirabdasan, qıl qəmin mənə iş”ar
    Buyurdu: Bu gecəni Müstəfa veribdi xəbər,
    Tülui-sübhidə var çox mühüm bir xəbər
    Deyib bunu yenə ibadətə oldu məşğul
    O qədər ibadət edib sübhə qaldı bir miqdar
    Durub ayağa eylədi atam vüzui-təcdid
    Xiyal edibdi gedə məscidə şəhi-əbrar
    O dəm kəmər qapı qüllabəsində bənd oldu
    Açıldı bəndi-kəmər, çəkdi ahi-atəşbar
    Kəmali-vəhşət ilə şahi-din kəmərbəndi
    Götürdü, bağladı, la hövl eylədi təkrar
    Buyurdu: bağla Əli, ölməyə belin möhkəm
    Fəraq başa yetibdi, yaxındı vəsli-nigar
    Var idi bir neçə mürğabi səhni-xanədə
    Onlar da daməni-mövlayə vəsl edib minqar
    Zəbani-hal ilə guya deyirdilər: getmə
    Olubdu qətlivə amadə düşməni xunxar
    Əlini Kufədə qoy, Kərbəladə oğluna bax
    Vidayi-şahi-şəhidanın əcəb şadimani var
    Çıxıb vəliyyi-Xuda xanidani-izzətdən
    Olubdu məscidə miri-ənar, rəhsipar
    O gecə məscidi Kufənin qəribə aləmi var
    O yerdə cəm idi yeksər mühacirü-ənsar
    Biri dua, biri Quran tilavət eyləyirdi
    Demə haman gecə yatmışdı bir nəfər dəyyar
    Namazi-şəb qılan, Allaha kəşfi-raz eləyən
    Nə haldaydı? Ona yoxdu taqəti-qoftar
    Çadır qurulmuşdu, etikaf edən vardı
    İbadət etməyə məşğul idi təmami-əhrar
    Yazırlar qurmuş idi bir çadır da Quttamə
    Özünü mötəkifə eyləmişdi ol qəddar
    Bunlar bu yanda, Əli qətlinə edib iqdam
    O yan tərəfdə Əli dilşikəstə hüzzar
    Kəmali-şövq ilə mehrabi-taətə keçdi
    Üzün qibləyə döndərdi qiblətül-əxyar
    İmam nafileyi-sübhə eyləyəndə şüru
    Açıldı babi-səma, götürdü pərdəni Səttar
    Göyün mələklərinə əmr edib: yer üstə baxın,
    Görün vəliyyim edir can, nə rəğbət ilə nisar!
    Əlini cəzbeyi-eşqi-Xuda edibdi məczub
    Şikəstə qəlbi olub hübbi-Həqq ilə sərşar
    Veribdi xatəmə üç rüknə, rüknü-əsli-salat
    Qoyubdu səcdəyə baş, qütbü-nöqteyi-pərgar
    Qılıc əlində Muradi kəmin edib nagah,
    Xudadan etmədi şərmü-həya, ol kani-nigar
    Əbu Turab başını səcdədən götürdü vəli,
    Qalaydı səcdədə ey kaş, İmami-əşki-vüqar
    O endirir qılıcı, Mürtəza başın götürür
    Təsadüf eylədi fərq ilə tiği-kin, naçar
    Bölüb əmmaməni, baş parçalandı, qan axdı
    Edib başından axan qan mühasinin gülnar
    Həvadə başın açıb Cəbrəil səsləndi,
    Dedi: hidayətin ərkanı münhədim oldu
    Boyandı qanə namaz üstə Heydəri Kərrar
    Əflakidən gəlir səs: Şahi-vilayət öldü!
    İslamə yetdi sədmə, elmü-ədalət öldü
    Yer-göy gəlib nəvayə, ağlarlar Mürtəzayə
    İslama yetdi sədmə, dinü-şəriət öldü
    Bir kimsə ki, var idi şəxsiyyəti-cəhani
    Hər kəlmə həqq sözündə min hikmətü-məani
    Mehrabidə töküldü dəsti-sitəmlə qani
    Haqqu-həqiqət öldü, ruhi-səadət öldü
    Nəhcül-bəlağəsindən məfhum olan həqayiq
    Dünya boyu cahanda nahəqqü-həqqi fariq
    Fövqi-kəlami-məxluq, duni-kəlami-Xaliq
    Din öldü, daniş öldü, nami-fəzilət öldü
    Gizlətdi əbri-xunin, simayi-aftabi
    Zülmət cahanı tutdu, bağlandı elm babı
    Çəkdi turabi-tirə, ağuşə Bu Turabı
    Babi-məcaz açıldı, ruhi-həqiqət öldü
    An radmərdi-tarix, an rəhbəri-səadət
    Bəs ki qəzavətində göstərdi çox ədalət
    Ta şiddəti-ədalət tövlid edib ədavət
    Öldürdülər Əlini, billah, ədalət öldü
    Şəxsiyyətin olsaydı gər xarici vücudi
    Şəkli-Əlidə mütləq məri olardı budi
    Ərzi-qəriyyə olsun, Rəbbüs-səma dürudi
    Orda yatan, ölən gün, cudü-səxavət öldü
    Xak ilə zər Əlinin yeksan idi gözündə
    Xəlq olmadı nəziri, manəndi yer üzündə
    Hər xeyrə əmr edibdi mövcud idi özündə
    Tapdı Əli şəhadət, cudü-səxavət öldü
    Müstəcmiü-sifati-ziddeyn idi o mövla
    Mehrabidə duranda mir”ati-zöhdü-isar
    Meydani-rəzmigəhdə şiri-süfufi-iycar
    Şir öldü, sövlət öldü, nami-şücaət öldü
    Başdan qılıclananda ol radmərdi-aləm
    Oldu bu şeş cihatın nəzmü-nizamı bərhəm
    Baş verdi sübhü-sadiq, kəşf oldu razi-mübhəm
    Azadəgi, fütüvvət, zöhdü-ibadət öldü
    Yerdən ucaldı ərşə fəryadi-va-Əliyya!
    Bu səsləri eşitdi, Zeynəbi-Sitri-Ülya
    Qaldı nə halə bilməm tövzihə yoxdu yara
    Səsləndi od üzündə mehrü-ütufət öldü
    Ağlar göz ilə gəldi, ərz etdi Müctəbayə
    Övza da münqəlibdir, yer-göy gəlib nəvayə
    Dur gör nədir bu səslər, nə gəldi Mürtəzayə?
    Biz səs gəlir deyirlər: Şahi-vilayət öldü!
    Behişt ki, eşidibsən, Əli vilayətidir
    Əli ədavəti duzəxdi, besə darül-qərar
    Xuda cəhənnəmi xəlq eyləməzdi əhli-zəmin
    Göy əhli tək eləsəydi vilayətə iqrar
    Xəlaiqin əməlini vəzn edərlər məhşərdə
    Əli əməllərə mizandı, faili-muxtar
    Biri əgər səqəleynin ibadətin gətirsə
    Gedər cəhənnəmə–Əli həqqin eyləsə inkar!
    Peyğəmbər ilə müvəhhid qəbul edər tövhidi
    Əli məhəbbəti möminlərə olub meyar
    Əli əlaməti-imandır, miri-əhli-yəqin
    Əlidir ayineyi-Həyyü-Qadirü-Ğəffar
    Əli adına zebəs ruhumun əlaqəsi var
    Başına dolannam, nə qədər ki ömrüm var
    Fəna cahanda Əli 63 il ömr elədi
    Bu 63 ili gördü çox əziyyətü-azar
    Nə zəhmət ilə əziz ömrünü başa vurdu
    Dilimdə yoxdu təvan, edəm təmami-izhar
    Keçəndə hicrəti-Tahadən ərbəinə sənə
    Əcəl piyaləsini etdi nuş Heydəri Kərrar

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 8 Temmuz 2015 15:11 | İstifadəçi | Şərh yazdı
    Ay masallah qezele baxe yazanin elleri var olsun  , Allah razi olsun bacim gozel qezeldir.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.