İslam Peyğəmbərinin (s) zarafatı
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) yaxşı zarafatlar nəql olunur. Onlardan biri də budur ki, günlərin birində qoca qadınlardan biri həzrətin hüzuruna gəlir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Qoca qadın cənnətə getməyəcək. Qadın ağlamağa başlayır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Sən o gün qoca olmayacaqsan, əksinə, cavan olacaqsan!"
Allah-taala Qurani-Kərimdə buyurur:
«Şübhəsiz ki, Biz Cənnət qadınlarını başqa cür (yeni bir yaradılışla) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik.»(Vaqiə surəsi-35-37 )
Əli (əleyhissəlam) buyurur:
«Gülüş gətirən zarafatın nəticəsi budur ki, ağılı aradan aparar və insanı vüqarsız cilvələndirər.»(Nəhcül-bəlağə, 442-ci hikmət. )
İstehza və lağlağa:
Əxlaq elminin alimləri, istehza və başqalarına lağ etməyi də dilin bəlalarından biri hesab edirlər. Allah-taala Qurani-kərimdə buyurur:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!» (Hücurat surəsi-11 )
Ayədə zikr olunan ilk mövzu, müsəlman şəxsin şəxsiyyətinə ehtiramın əsasıdır. Müsəlmanlar, fərdi və ictimai qarşıdurmalardan bir-birinin ehtiramlarını gözləməlidirlər. Ümumiyyətlə, maddi şəxsin tərzi-təfəkkürü, Allahı tanıyan şəxsin tərzi-təfəkkürü ilə fərqlidir. Maddiyyata etiqadlı insan, şəxsiyyətinin ehtiramını, bədənin vəzni və gözəl çöhrədə axtarır. Lakin, müsəlman şəxs, tərzi-təfəkkürü və qəzavəti, insani və əxalaqi xüsusiyyətlərdə axtarır.
Ayədəki, «Ola bilsin lağa qoyulanlar lağa qoyanlardan yaxşıdır» cümləsi, Quranın, məsxərə və istehzanın qarşısını almasına sənəddir. Bəşərin bir-birinin batinindən və ruhiyyələrindən xəbərdar olmadıqları, əsil insanla, insana bənzərlər, qiyafə və oxşarlıq cəhətdən bir olduğuna görə çox ola bilər ki, pis qiyafəli şəxslərə istehza olunsun, halbuki, əgər onların batini xüsusiyyətləri cilvələnsə, istehza olunmazdılar. Bu əsasa görə insanın şəxsiyyətinin əsası və meyarı bir sıra görünməyən xüsusiyyətlərdir. Müsəlmanlardan heç birinin istehza olunmasına icazə verilmir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi