» » Səmimi qəlblə ibadət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Səmimi qəlblə ibadət
    +5
    Müəllif: Yusifi Zehra | 15-05-2016, 11:00 | Baxılıb: 1 075
     
     
    Səmimi qəlblə ibadət
     
    Məhəmməd ibni Yəhya, Əhməd ibni Məhəmməddən, o da iki vasitə ilə İmam Məhəmməd Baqir (əleyhissalam)-dan nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: «Agah olun! Hər ibadətin bir ləzzət və rəğbəti var. Bir az keçdikdən sonra insanı tənbəlliyə çəkir. Beləliklə, hər kəs ibadətin ləzzətini mənim adətim üzrə yerinə yetirsə, hidayət olar, hər kim mənim yolum və adətimlə müxalif olsa, zəlalətə düşər, əməli isə ziyan və zərər olar. Agah olun! Mənim adətim budur: Namaz qılıram, yatıram, oruc tuturam, iftar edirəm, gülürəm, ağlayıram. Hər kəs mənim yolumdan dönsə, məndə deyil. O vaxt buyurdu: Moizədən ötrü ölüm kifayətdir. Yəqin və inanmaqdan ötrü təkcə ehtiyacsızlıq, məşğuliyyətdən ötrü təkcə ibadət kifayətdir.» (Üsuli-Kafi, 2-ci cild, səh-85.)
    İmam Sadiq (əleyhissalam) buyurur: «Hər kəsin bir meyl və rəğbəti var. Hər rəğbətdən ötrü bir meyilsizlik, bəs xoş o kəsin halına ki, meyilsizliyidə xeyirə tərəf olsun.»(Üsuli-Kafi, 2-ci cild, səh-85.)
    Yenə də Həfs ibni Boxtəri, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İkrah və yorğun halında ibadəti özünüzə yük eləməyin!»(Üsuli-Kafi, 2-ci cild səh-87.)
     
    İbadətdə ifrata yol verməmək

    Qeyd edildiyi kimi rəvayətlər bizə tövsiyə edir ki, yaxşı ruhiyyə və səmimi qəlbdən ibadət edək. İbadətin özümüzə təsir bağışlamasından ötrü aşiqanə ibadət edək, yorğunluq və rəğbətsizlik halında olan ibadətdən çəkinin. Yorğunsansa, Allahla münacat meylini əldən vermisən. Belə şəxsin ibadəti, ruhsuz heykəlin ibadətinə bənzər. Həmçinin, ibadətdə ifrat-təfritə də yol verməyin. İbadətdə özünüzü orta səviyyəli qərar verin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tövsiyə edir ki, yorğun halında ibadətdən çəkinin!
    Əmr ibni Cəmi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Əlican! Bu din, möhkəm və mətindir. Ona, şad ürəklə daxil ol. Yorğun, qəzəbli halında özünə ibadəti yük etmə. Çünki, ifrata varan şəxsin nə arxası, nə də yolu olar ki, onu keçsin. Beləliklə, əməl vaxtı qocalıb ölməyə hazırlaşan,Allahdan qorxanda, elə şəxs kimi qorx ki, sabah öləcək."(Üsuli-Kafi, 2-ci cild, səh-85. )
    İmam Sadiq (əleyhissalam) başqa bir hədisdə buyurur: «Mən (Kəbə evinin) təvafı halında idim. Kiçik yaşlı idim. Atam yanımdan ötüb mənə baxdı. Möhkəm təvaf ibadəti ilə məşğul idim. Üz-gözümdən tər dənələri axırdı. Buyurdu: Ey Cəfər! Oğlum! Əgər Allah bəndəsini sevirsə, onu Behiştə daxil edər və onun az ibadətinə də razı olar.»(Üsuli-Kafi, 2-ci cild, səh-85. )
    Nəticə budur ki, bütün işlərdə olduğu kimi ibadətdə də ifrat- təfritə yol verilməməlidir.
    İslam dünyagörüşündə, Allahı tanımaq məktəbinin fəlsəfəsində ilk səbəb və birinci təsiredici qüvvə, Allahdır. Yerdə qalan başqa səbəblər, bu səbəbin yanında yox, bəlkə də, onların səbəb olmalarının hamısı, Allah tərəfindəndir. Allahpərəst bir şəxslə, materialist bir şəxsin də fərqi həmin yerdədir. Materialist, maddi səbəblərə əsalət verir və bütün təsirləri müstəqil sayır. Halbuki, Allahpərəst və müvəhhid bir şəxs, illət (səbəb) və məlul (nəticə) nəzminə etiqad bəsləməklə, yanaşı hər şeyi Ona istinad verir. Şair buyurur:
    Təbii və maddi səbəblərin, müstəqil və qeyri-müstəqil olması məsələsi tövhidlə şirkin əsas sərhədidir. Bu hüdudu qorumaqla, müvəhhid şəxs (Allahpərəst), müşrikdən yaxşılıqla ayrılır. Quran ayələrinin mütaliəsindən sonra aydın olur ki, yaradılış dünyasında heç bir qüdrətin, Allah qüdrətinin kənarında durmağa qabiliyyəti yoxdur. Heç bir səbəbin təsiri, onu vücuda gətirənsiz ola bilməz, Quran buyurur:
    «Qurunun və dənizin zülmətlərində sizə doğru yol göstərən kimdir? Küləkləri öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimdir? Məgər Allahdan başqa tanrı varmı? Allah Ona şərik qoşanlardan ucadır!»(Nəhl surəsi-63. )
    «İnsanlar ümidsizliyə qapılandan sonra, yağmur göndərən nemətini açıb paylayan Odur!» (Şura surəsi-28. )
    Quran, tövhid, yəqinlik və xalis niyyətlə pərəstiş etməyən şəxslərin vəziyyətini belə bəyan edir:
    «İnsanlara fəqirlik toxunduğu zaman Rəbbinə tərəf dönüb ona tövbə edərlər. Sonra Allah Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.»(Rum surəsi-33. )
    «Gəmiyə mindikləri zaman xalis niyyətlə Allahı çağırarlar, ancaq Allah onları sağ-salamat sahilə çıxaran kimi yenə də [Ona] şərik qoşarlar.»(Ənkəbut surəsi-65. )
    «De ki: Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır! Sonra sizlər yenidən müşrik olursunuz.» (Ənam surəsi-64. )
     
     İnsanın İlahi məqamı və üçlüyün Quran nəzərindən əsassızlığı

    İmam Səccad (əleyhissalam) buyurur: «Allahın böyük haqqı budur ki, Ona heç bir şeyi şərik qoşma!» Biz bura qədər ibadət və hansı əməllərə ibadət deyilməsi barəsində bəhs etmişik. İndi də hədisdəki, «Allaha heç bir şeyi şərik qoşma" cümləsi barəsində yəni, şirk və onun müxtəlif mərtəbələrini xülasə şəkildə bəhs edəcəyik. Tövhidin mərhələləri müxtəlif olduğu kimi şirkin də mərhələləri müxtəlifdir.
    Nümunə üçün zatda tövhid, vəsfdə tövhid, işlərdə tövhid, ibadətdə tövhid və s. olduğu kimi şirkin də özünəməxsus mərtəbələri vardır.
     
    Allahın zatına şərik qoşma

    Quran nazil olan əsrdə xaçpərəstlər, İsa Məryəm oğlunu, Allah adlandırırdılar. Quran onları kafir adlandırır:
    «Məryəm oğlu Məsih Allahdır, deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de: Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə [bu işdə] kim Ona bir şeylə mane ola bilər?»(Maidə surəsi-17. )
    «Allah üç nəfərdən biridir, deyənlər əlbəttə kafir oldular. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur.»(Maidə surəsi-73. )
    Birinci ayədə, aydın dəlillə buyurur: Allah, insanı həlak edə bilər. Təkcə insanı yox, bəlkə də, bütün insanları məhv edə bilər.
    Şübhdə yoxdur ki, bütün məsihilər İsanı, Məryəmin oğlu kimi tanıyırlar və bunu həmişə deyirlər ki, İsa Məryəmin oğludur. Əgər o, Məryəmin övladıdırsa, başqa insanlar kimi ölümü və həyatı öz əlində olmaz. Belə olan halda, o, özünün ölümü və həyatının sahibi deyilsə, necə Allah ola bilər? Bu ayədə İsanın bəşər olmasına tam şəkildə diqqət yetirilmişdir. Ona görə də, İsa, "Məryəmin övladı" kimi ünvanla vəsf olunmuşdur.
    Başqa Quran ayəsində, İsanın yemək yeməsinə və onun təama ehtiyacını vurğulayır. Buyurur:
    «Məsih [İsa] və anası təam meyl edirlər.»(Maidə surəsi-75. )Yəni, İsa və anasının başqa peyğəmbərlərlə fərqi yoxdur. İsa Məsihin, Allahın övladı olması məsələsi, Allahın zatına şirkin nisbət verilməsi, əslində, yeganə Allahı, üç allahlar şəklində cilvə verməkdən ibarətdir. Quranın sözü budur ki, xaçpərəstlərin, Allah ünvanı ilə ibadət etdikləri İsa Məsih budur. O, Allahın məxluqu olub, Onun rəhməti sayəsidə böyüyəndir.
    «Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir!»(Əraf surəsi-194.)
    «Sizin Allahdan başqa tanıdıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!
    Əgər siz onları doğru yola tərəf çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər.» (Əraf surəsi-197-198. )
    Quran kitab əhlini bu mövzuda müxatəb qərar verərək buyurur:
    «[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki:] Allahdan başqasına ibadət etməyək. Ona bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman [onlara] deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq!» (Ali-İmran surəsi-64. )
    Yuxarıdakı ayə, şirkin bütün mərtəbələrini izah edir. Yəni, heç bir sahədə Allaha şirk qərar verməmək.
     
     İbadətdə şərik

    Quran buyurur: «[Ya Peyğəmbər!] Onlara de ki: Mən də sizin kimi ancaq bir insanam. [Mənim üstünlüyüm bundadır ki:] Mənə vəhy olunur ki, sizin tanrınız tək olan Allahdır. Hər kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görməkdə ciddi olsun və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!» (Kəhf surəsi-110. )
    Bu ayə, ibadətdə Allaha şərik qoşmaqdan çəkindirir. Aydınlaşdırır ki, insan öz ibadət və pərəstişini yalnız, Allahdan ötrü etməlidir. Həmin ayənin izahında, ravi Əbül Careyd, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
    «İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) bu şərif ayə barəsində sual olundu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Özünü əhaliyə göstərməkdən ötrü namaz qılan şəxs müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü zəkat verən müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü həccə gedən müşrikdir.
    Allahın ona əmr etdiyi işi görüb, bu işə görəəhaliyə minnət qoyan, müşrikdir. Allah, riyakarların əməlini qəbul etməz.»
    Cərah Mədaini, İmam Baqirin (əleyhissəlam) bu ayə barəsindəki sözünü nəql edərək, buyurur:
    «Birisi savab iş görür, ancaq Allahın razılığını nəzərə almır. Çox istəyir ki, öz əməlini insanlara göstərsin. Çox istəyir ki, əhali onun əməlini tərifləsin. Belə bir şəxs, ibadətdə Rəbbinə şərik qərar vemişdir.»
    Sonra buyurur: «Elə bir bəndə yoxdur ki, gizlində xeyir bir iş görsün, zaman keçdikdən sonra Allah onun xeyir işini zahir etməsin. Elə bir bəndə yoxdur ki, çirkin işi gizlətsin, zaman keçdikcə Allah onun bu işini şər ünvanı ilə aşkar etməsin!»(Nur Səqəleyn təfsiri, 3-cü cild, səh-319. )
    Ravilərdən, Zürarə və Həmran, İmam Baqir və İmam Sadiqdən (əleyhumassəlam) nəql edirlər ki, buyururlar:
    «Əgər bəndə yaxşı bir iş görüb, Allahdan rəhmət və Axirəti tələb etsə, həmçinin, Allahdan başqasının da razılığını nəzərə alsa, belə şəxs müşrikdir.»(Nur Səqəleyn təfsiri, 3-cü cild səh-317. )
     
     
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.