İşləyən və çalışan halda ölmək
İşləyən və çalışan halda ölmək Rəvayətlərdən birində, alicənab Məhəmməd ibni Əli, ibni Kuleyni, Əli ibni İbrahimdən, o da atasından və həmçinin, başqalarından Məhəmməd ibni İsmaildən, o da Fəzl ibni Şazandan, o da ibni Əbi Ümeyrdən, o da ibni Həccacdan o da İmam Sadiq (əleyhissalam)-dan nəql edir:
«Məhəmməd ibni Münkədir nəql edir: Zənn etməzdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam), Məhəmməd ibni Əli kimi oğlundan yaxşısını öz canişini təyin etsin. Bu fikirlə, günlərin birində qərara aldım ki, ona moizə edim və bu işi ona işarə edim. Lakin, o mənə nəsihət verdi. Məhəmməd ibni Münkədirin dostları ondan soruşdular ki, o, sənə nə nəsihət verdi?
Cavab verdi: İsti günlərin birində, gündüz günorta çağı Mədinənin ətrafındakı küçələri gəzirdim. İmam Baqir (əleyhissalam)-a rast gəldim. O, dolu və ağır bir şəxs idi. İki qara qulamla birlikdə işləməklə məşğul idilər. Öz-özümə fikirləşdim ki, Qüreyş tayfasının böyüklərindən biri, günün bu isti çağında dünya ardıncadır. Gedim ona moizə edim.
Yanına getdim və ona salam verdim. Alnından tər sel kimi axırdı. Ərz etdim: Qüreyşlərin böyüklərindən birinin günün bu istisində dünya dalınca olması necədir? Əgər bu halətdə əcəl tamam olsa, nə olar?
Həzrət cavabında buyurdu: "Əgər ruhu alan mələk, bu halətdə mənim sorağıma gəlsə, Allahın itaətində olmuş hesab olaram. Ailə uşaqımın dolanmasından ötrü işləyirəm. Əhaliyə əl açmaram. Mən qorxuram ki, ölüm mələyi mənim sorağıma gəldikdə, günah halında olmayım!"
Dedim: Doğru deyirsən. Ey Peyğəmbərin övladı! Mən sizə nəsihət vermək istədim, amma siz mənə nəsihət verdiniz!»(Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-5 )
Bu şərif hədisdə İmam Baqir (əleyhissalam), yaşayış üçün çalışıb qazanmağı, Allaha itaət və ibadət hesab edir. Başqa rəvayətdə Müsab ibni Bəkr buyurur: Həzrət Əbül-Həsən Musa ibni Cəfər (əleyhissalam) buyurdu:
«Hər kəs özü və övladlarından ötrü halal yolla ruzi ardınca olsa, Allah yolunda cihad edən bir əsgər kimidir.»(Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-5 )
Çalışmaq və fəaliyyətlə Allahdan ruzi istəyin
Məhəmməd ibni Əli ibni Hüseyn, Fəzl ibni Yəsardan nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim:
«Ey Peyğəmbər övladı! Mən iş və fəaliyyətdən əl çəkmişəm. Həzrət buyurdu: Belə iş görmə! Bəlkə də, dükanının qapısını aç, olanını ortaya qoy və Allah-taaladan ruzini dilə!» (Vəsailüş-Şiə, 12-ci cild, səh-11. hədis-11. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi