![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qablardan istifadə etmək haqqında
Qızıl və gümüş qablardan bir şey yeyib-içməyə icazə verilmir.Şəriətdə bu iş haram sayılır.
Alimlərdən bəziləri də belə qablarda yemək yeməyi və dəstəmaz almağı haram bilmişlər. Hətta bunlardan ziynət məqsədi ilə istifadəni də düzgün saymayıblar.
Bundan başqa sürmə qabının, ənbərçənin (xoş iyli ətir qabı), qəndilin (neftlə işləyən qədimi çil-çıraq), qəlyanın ağız hissəsinin, Quran və müxtəlif dualar saxlanılan qabların, neyin çubuğunun da qızıl və gümüşdən düzəldilməsi haram bilinmişdir. Hətta qalyanın tütün tökülən hissəsinin gümüş və qızıldan olması pislənilmişdir.
Habelə üzərində qızıl və gümüşdən bəzək olan qabdan su içmək yaxşı deyil. Əgər çarəsizlikdən bu kimi qablardan su içilsə yaxşı olar ki, ağız qaba toxunmasın.
Bir çox alimlər bu fikirdədirlər ki, əgər pak olan heyvanı müsəlman kəsməyibsə (və ya şəri qayda ilə öldürülməyibsə) onun dərisindən istifadə etmək düzgün deyildir. Əti haram olan heyvanın dərsindən istifadə etmək isə ümumiyyətlə hər bir halda haramdır.
Əgər bir şəxs müsəlmanların məscidindən bir dəri ayaqqabı tapsa və onun hər hansı müsəlmanın olduğunu zənn etsə ondan istifadə etmək haramdır.
Alimlərdən bəziləri heyvanları və əkinləri, ölmüş heyvanların dərisi ilə suvarmağa icazə vermişlər.
Bəziləri də müsəlmanın əlindən düşmüş (yəni itirmiş) dərinin istifadəsinə icazə vermişlər.
Əti yeyilməyən təmiz heyvanın dərisindən istifadə etmək olar, lakin dəri aşılanmayıbsa ondan heç bir vəchlə istifadə etmək olmaz.
Peyğəmbər (s) hədislərin birində belə nəql edir ki, hər kim qızıl və gümüş qablardan su içsə, axirətdə gümüş və qızıl qablardan su içməkdən məhrum olar.
Rəvayətlərin birində deyilir ki, Məhəmməd ibn İsmayıl imam Rza (ə)-dan qızıl və gümüş qabdan bir şey içmək barəsində soruşduqda imam (ə) buyurur ki, yaxşı olar ki, istifadə etməyəsən. Məhəmməd ibn İsmayıl sonra imamdan soruşur ki, bəs biz eşitmişik ki, imam Musa (ə)-ın gümüşə çəkilmiş güzgüsü olmuşdur.Bunun barəsində nə deyə bilərsiniz? İmam (ə) belə cavab verir: Eşitməyinə eşitmisən ,ancaq bil ki, yalnız güzgünün halqası gümüşdəndir və indinin özündə də o güzgü məndədir. Daha sonra İmam (ə) əlavə edir ki, qardaşım Abbas sünnət olduğu zaman onun üçün gümüşə çəkilmiş bir çubuq (əsa) düzəltdirmişdilər.
O çubuğun dəstəsinin qiyməti 10 dirhəm idi .
İmam Musa ibni İbni Cəfərdən nəql olunmuşdur ki, qızıl və gümüş qablar axirətə imanı olmayan şəxslərin əlamətlərindəndir. (yəni axirətə imanı olmayanlar bu növ qablardan isdifadə edərlər )
Ömər ibni Əbil Məqdaşdan belə rəvayət olunur ki, günlərin bir günündə imam Sadiq (ə)-a bir qabda su verdilər. İmam (ə) qaba həkk olunmuş kiçik bir gümüşü görüb onu qoparıb qabdan ayırdı və sonra suyu içdi.
İmam Sadiq (ə) digər hədisdə buyurur ki, bir hissəsi gümüş və ya gümüşlə işlənmiş qablardan su içmək, başa sürtülən yağı gümüş qabda saxlamaq və başı daraqla daramaq yaxşı deyil.
Yenə imam Sadiq (ə)-ın hədislərinin birində deyilir ki, Misirdən gətirilmiş saxsı qabda bişirilən bir şeyi yemək məsləhət deyildir (yəni yaxşı olar ki, bu növ qabda bir şey bişirilməsin )
Bizə ibni Ömərdən belə bir rəvayət nəql olunmuşdur ki, imam Məhəmməd Baqir (ə) ortası sarı, qıraqları qara rəngli qabda yemək yeyərdi. Qabın ortasında sarı rənglə "Qulhuvəllahu əhəd” surəsi yazılmışdı .
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |