Mədənlər və insanın onlardan istifadə etməsi
Ey Müfəzzəl! Mə`dənlər və onlardan xaric olan təbaşir, əhəng, sürmə, alminum, mis, qızıl, gümüş, yaqut, zümrüd, və s.daşlara nəzər sal.
Həmcinin qır, mumya, kükürd, neft və digər əşyalar da xaric olur ki, insanlar öz ehtiyaclarını ödəmək üçün ondan istifadə edirlər.
İnsanlar tamahlarına uyğun olaraq, həddən artıq çalışsalar da cəvahir düzəldə bilmədilər. Çünki əgər belə olsaydı, şübhəsiz onların ixracı və istehsalı çoxalardı və hər yerdə bol olardı. Qızıl və gümüş o qədər çoxalardı ki, onların qiyməti insanların yanında çox aşağı düşərdi. Bu yolla alverdə və başqa müamillərdə onlardan güdülən əsas məqsəd aradan gedərdi.
Bununla belə ona bürüncdən, gümüşdən qızıldan və torpaqdan şüşə düzəltmək elmi verildi. Bu iş onun ziyanına deyildi.
İndi bu işdə olan hikmət və tədbirə diqqət et. Allah-Taalaistəyir ki, bəndələri onun geniş xəzinəsini və qüdrətini tapsınlar və bilsinlər ki, əgər Allah istəsə onlara gümüşdən dağlar verə bilər. Lakin bu məsləhət deyil. Çünki işarə olunduğu kimi əgər bu cür olsa cəvahirin qiyməti aradan gedər.
Bunu bil ki, insanların düzəltdiyi bir şey o vaxt qiymətli olar ki, həmin şey az və tapılmayan ola. Ancaq o vaxt ki, çox oldu və hər yerdə tapıldı, onun qədr-qiyməti olmaz. Xülasə bir şeyin qədir-qiyməti onun olmaması və tapılmamasındadır.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri