Yerin forması
Ey Müfəzzəl! Allah-taalanın dörd cəvahir üçün geniş şəkildə yaratdığı yatağa nəzər sal. Əgər yer bu cür geniş olmasaydı, insan məskənləri, tarlalar, otlaqlar, faydalı və hesabsız mədənlər harda yerləşərdi? Kim bu qupquru çölləri və dəhşətli səhraları yaratmışdır. Bu yerlər heyvanların, insanların məskəni və otlaqlardır. Saraylara və behiştlərə çevrilmiş çoxlu səhraları vardır ki, insanlardan bə`ziləri orda yaşayırlar. Əgər yer geniş olmasaydı, insanlar giriftar olardı. Əgər zərurət olsa, öz məkanların dəyişə bilməzdilər.
Yerin yaranışına və formasına diqqət et. Yer elə aramdır ki, eləbil hərəkətsiz və sakitdir. Bir şeyin sabit qalması üçün yer çox münasibdir. Insanlar onun üzərində rahat çalışır və istirahət edirlər. Əgər yer hərəkətdə olsaydı insanlar onun üstündə heç bir iş görə bilməzdilər. Hətta yaşaya da bilməzdilər.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.