Dərman bitkilərinin xüsusiyyətləri
Dərman bitkiləri və onların hər birindən xüsusi bir dərman hazırlanması barədə fikirləş. Məsələn: şahtərə bitkisi insanın daxilində olan artıq və ağır maddələri ondan dəf edir. Səkbinə vərəm və onun kimi xəstəlikləri aradan aparır.
Bütün bunları kim yaratmışdır? Kim canlıları onlardan agah etmişdir?
Heyvanlar necə bu bitkilərin xüsusiyyətlərindən xəbərdardır. Yırtıcıların bə`zisi öz yaralarını bunlarla sağaldırlar.
Səhralarda və çöllərdə çoxlu bitkilər bitir. Deyə bilərsən ki, axı bu yerlərdə insan yaşamır. Bəs bu bitkilər nəyə yarayır. Amma belə deyil. Onun budağı və yarpaqları heyvanların qidası, dənləri quşların yeməyi, çubuqları isə insan üçün xəlq olunmuşdur. Həm də, insanlar onların çoxundan dərman üçün istifadə edir.
Həmçinin onların bəzisindən əşyaları rəngləmək və dəri hazırlamaq üçün istifadə edirlər. "Qamış” ən kiçin bitki olmasına baxmayayraq, onda çoxlu faydalar gizlənmişdir. Ondan kağızlar düzəldirlər, həsir hazırlayırlar, qabalar üçün örtüklər düzəldirlər və.. bir məxluqun böyük və kiçik, qiymətli ya qiymətsiz olmasına baxma, sən onda gizlənmiş hikmətlərdən ibrət dərsi al. Onların ən pisi heyvanın peyinidir. Ancaq o tarlalar və bitkilər üçün elə qiymətlidir ki, heç nə onun yerini verə bilmir.
Bil ki, bir şeyin məqam və mənziləti onun qiymət ilə ölçüür. Bəlkə bu iki müxtəlif qiymətdir ki, iki bazar da istifadə edilir. Ola bilər bir şey alıcı bazarında qiymətsiz və faydasız olsun. Amma bilik meydanında çox qiymətli və dəyərli olsun.
Bəs bir şeyi ucuz olduğuna görə, e`tibarsız sayma. Əgər kimyaçı alimlər nəcisin xüsusiyyətini dərk etsəydilər, onu çox baha qiymətə alardılar.
Müfəzzəl deyir: bu vaxt günorta namazının vaxtı yetişdi: Mövlam (ə) namaz qılmağ üçün ayağa qalxdı və buyurdu: Allah-taalanın istəyi ilə sabah sübhdən yenə də yanıma gəl. Mən də İmamdan bunları öyrəndiyimə görə çox şad oldum və allahın ne`mətlərinin müqabilində şükr etdim. Sonra evə getdim. Həmin gecəni rahat və şad istirahət etdim.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri