Ey Müfəzzəl! Daşdan və torpaqdan əmələ gələn dağlara nəzər sal. Qafillər fikirləşirlər ki, onlar artıq və faydasızdırlar. Halbuki, onların çox faydası vardır. Qar dağların başında qalır. Ta onlar ki, ona möhtacdılar ondan faydalanırlar. O vaxt ki, onlar əriyir bulaqlar, çaylar və arxlar su ilə dolur. Nəticədə dağlarda, çöllərdə və səhralarda bitməyən dərman bitkiləri əmələ gəlir.
Həm də dağlarda mağaralar və dərələr olduğuna görə vəhşi heyvanlar və yırtıcılar orda yaşayırlar.
İnsanlar dağdan düşmənlərinin müqabilində möhkəm qalalar düzəldirlər.
Onun daşlarından ev tikmək və dəyirman daşı hazırlamaq üçün istifadə edirlər. Həmçinin dağlarda növbənöv mə`dənlər və cəvahirlər gizlənmişdir.
Dağlarda başqa faydalar və mənfəətlər də vardır ki, onun müdəbbiri daha yaxşı bilir.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri