» » İnsanın öz şəxsiyyətini formalaşdırmasındakı rolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İnsanın öz şəxsiyyətini formalaşdırmasındakı rolu
    +6
    Müəllif: Fatimə Nuri Xuda | 21-02-2017, 15:00 | Baxılıb: 977

     

     

     

    İnsanın öz şəxsiyyətini formalaşdırmasındakı rolu


    Məxluqat iki qismə bölünür: canlı və cansız. Cansız varlıqlar özlərinin formalaşmasında heç bir rol oynamır. Su, od, daş və torpaq cansız varlıqlardır, öz təkamül və təşəkkül tapmalarında heç bir rol oynamırlar. Bu proseslər sırf xarici amillərin tə᾽siri nəticəsində baş verir. Bə᾽zən də bu amillərin tə᾽siri nəticəsində bir növ kamal əldə edirlər. Bu cür varlıqlarda özünədiqqət və ya özünü necə formalaşdırma kimi şeylərin heç biri müşahidə olunmur.
    Amma bitki, heyvan və insan kimi canlı varlıqlarda özlərini təhlükələrdən qorumaq, başqa maddələri özlərinə cəzb etmək, eləcə də törəmə və çoxalma işlərində bir sıra çalışqanlıqlar müşahidə olunur. Bitkilərin vücudunda gələcəkdə necə formalaşması üçün rol oynayan bir sıra təbii qüvvələr mövcuddur. Bu təbii qüvvələrdən bə᾽zisi hava və ya torpaqdan müxtəlif maddələri özünə cəzb edir, bə᾽zisi cəzb olunmuş bu maddələri bitkinin inkişafına yönəldir, bə᾽ziləri də bitkinin törəmə və artmasına imkan yaradır.
    Heyvanlarda saydığımız bu təbii qüvvələrdən əlavə, bir sıra qərizə ilə olan görmə, eşitmə, hiss etmə və dadmaq kimi qüvvələr də mövcuddur.
    Heyvan bu qüvvələr sayəsində bir tərəfdən özünü müxtəlif təhlükələrdən qoruyur, digər tərəfdən də fərdi inkişaf və həyatını davam etdirir.
    İnsanlarda bitki və heyvanlarda olan qüvvələrin olmasından əlavə, bir sıra başqa qüvvə və meyllər də mövcuddur. İnsan bütün bunlardan əlavə, ağıl və iradə kimi qüvvələrə də malikdir. Bu iki mö᾽cüzəvi qüdrətə malik olan qüvvə insanlarda öz gələcək həyatını istədiyi kimi qurmaq və formalaşdırmaq imkanı yaradır.
    Dediklərimizdən belə nəticə çıxır ki:
    1. Bə᾽zi mövcudlar gələcək həyatının necə formalaşmasında heç bir rol oynamır (qeyri-üzvi maddələr).
    2. Bə᾽zi məxluqların bu prosesdə öz rolu vardır, amma agah və azad şəkildə deyil, təbii və daxili qüvvələrin belə xəlq olmasına görə (nəbatat).
    3. Bə᾽zi varlıqlar bu prosesdə daha çox rol ifa edirlər. Onlar öz işlərindən agah olurlar, amma icrasında isə tam azad deyillər. Belə ki, agah olaraq özlərini müdafiə edir və həyat uğrunda mübarizə aparırlar (heyvanlar).
    4.İnsan isə öz həyatını qurmaqda daha geniş, daha fəal rol oynayır. O, ifa etdiyi bu rolda həm agah və həm də azaddır, gələcəyi nəzərə alaraq, ağıl və iradəsi ilə gördüyü işdən, eləcə də özündən və ətraf mühitdən xəbərdardır və öz gələcəyini istədiyi kimi seçə bilir (insanlar).
    Heyvan və bitki kimi bə᾽zi canlılar da müxtəlif üsullarla müəyyən dərəcədə tərbiyə olunub formalaşa bilirlər, amma bu proses onların öz əli ilə deyil, insanlar vasitəsi ilə həyata keçir. Həm də onlarda baş verən bu dəyişikliklər insanla müqayisədə çox az olur. İnsan özünü formalaşdırmaqda tam azad, çatması mümkün olan kamalı isə sonsuzdur. Çünki, insan vücudunun həqiqəti bütün varlıqlarla fərqli olaraq, yaradılışdan sonra necə olmaq mərhələsinə qədəm qoyur. İnsan yaradıldığı kimi deyil, özü istədiyi kimi olur. O, öz iradəsi ilə necə olacağını tə᾽yin edir. Başqa sözlə desək, hər bir varlıq mahiyyətcə necədirsə, real olaraq keyfiyyətcə də o cür olacaqdır. İnsan isə belə deyil. O, potensial iste᾽dad və qabiliyyətlərlə birgə yaradılmışdır; hansısa bir mane və çətinlik yaranmazsa, potensial qüvvələr baş qaldırıb insanlığa yetişəcəkdir. Onda olan bu qüvvələr insan fitrəti adlanır.
    İnsan bitgi və heyvanlardan fərqli olaraq, şəxs və şəxsiyyətdən təşkil olunmuşdur. O, bir şəxs kimi bədənə lazım olan bütün cihazlarla təchiz olunduğu halda dünyaya gəlir və bu baxımdan heç də heyvanlarla fərqlənmir. Amma ruhi baxımdan, yə᾽ni yaradılışdan sonra öz şəxsiyyətinin qurulması baxımından potensial bir varlıqdır. İnsani dəyərlər onun vücudunda qeyri-fəal şəkildə yerləşdirilmiş və inkişaf etməyə tam hazırdır. İnsan ruh və mə᾽nəvi baxımdan cism mərhələsindən bir addım arxadadır. Belə ki, cismə aid olan bütün cihazlar, yaradıcı amillər vasitəsi ilə ananın bətnində vücuda gəldikdən sonra ruh və mə᾽nəviyyatla bağlı olan şəxsiyyət inkişaf etdirilməli, bünövrəsi qoyulmalıdır. Başqa sözlə desək, insan xasiyyət və müxtəlif xislətlər baxımından potensial qüvvəyə malik olan bir varlıqdır, yə᾽ni dünyaya gəldikdə heç bir xasiyyətə malik olmur. Amma heyvanlar bundan fərqli olaraq, hər biri öz-özlüyündə bir sıra xislət və xasiyyətlərlə doğulurlar. İnsan dünyaya gəldikdə xasiyyət və xislətlərə malik olmadığından və digər tərəfdən də müxtəlif xasiyyətləri qəbul etmə qüvvəsinə malik olduğundan, fitri xüsusiyyətlərdən başqa ikinci dərəcəli xüsusiyyətləri qazanmağa başlayır. Hər bir varlıq, hətta heyvanlar (cism deyil, iste᾽dadları baxımından) xilqətinin əvvəlindən necə yaradılıblarsa, eləcə də qalırlar. Amma insan istədiyi kimi ola bilər. Elə buna görə bütün heyvan növləri, cism quruluşu baxımından bir-birlərinə oxşar olduqları kimi, ruhi xislətlər baxımından da bir-birlərinə oxşardırlar. Bütün bitgilər bir cür xasiyyətə malikdirlər, eləcə də it, qarışqa və s. Bunlar arasında fərq olsa da, çox azdır. Amma insana gəldikdə, onların əxlaqi xüsusiyyətlərində olduqca çox fərqli olan ayrı-ayrı xislətlərlə rastlaşırıq. Buna görə də insanı öz şəxsiyyətini istədiyi kimi qura bilən yeganə varlıq hesab edirlər.
    Deməli, insandan başqa hər bir varlığın özü və onun mahiyyəti arasında fərq olduğunu təsəvvür etmək qeyri-mümkündür. Məsələn, daş və daşın mahiyyəti arasında olan fərq... İnsan özü və mahiyyəti (insan və insaniyyəti) baxımından fərqli olması ilə bütün varlıqlardan seçilir. Belə bir sual meydana çıxa bilər ki, bir şeyin özü və mahiyyəti arasında necə fərq ola bilər? Şübhəsiz, vücud üçün onun mahiyyəti lazımlı bir şeydir. Əgər vücud potensial surətdə mövcud olsa, onun mahiyyəti də potensial şəkildə mövcud olacaqdır.
    Eqzistansialistlər vücudun əsil olmamasını iddia edərək deyirlər ki, insan mahiyyətsiz bir varlıqdır və hər hansı bir yolu seçməklə özünə mahiyyət bəxş edir. Bu onların fəlsəfəsini mə᾽nalandıran əsaslardan biri sayılır.
    İslam filosofları, xüsusilə Molla Sədra həmin mətləbə əsaslanaraq deyir: «İnsan növ deyil, növlərdir; hər fərd və şəxs ola bilər; bir gün bir növdə, o bir gün isə tam ayrı bir növdə olması mümkündür.»

     

    Kitabın adı: İnsanı tanımaq

    Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.