134.Əli (əleyhissalam)-ın Məhəmməd ibni əbu bəkrin matəmindəki yandırıcı sözü
Əli (əleyhissalam)-ın müxlis, məhəbbətli və başbilən simalarından biri o Həzrətdən itaət yolunda şəhadətə yetişən Məhəmməd ibni Əbi Bəkrdir. O ziqə`də ayının 25-də «Həccətül-Vida» səfərində (10 hicri ili) Zul-həlifə diyarında (Mədinənin ehram bağlanan yeri) anadan oldu. Anası Əsma Ümeysin qızı idi ki, əvvəllər Cə`fəri Təyyarın yoldaşı idi və Cə`fərin şəhadətindən sonra Əbu Bəkrin həyat yodaşı oldu Əbu Bəkrin oğlu Məhəmməd də bu anadan doğuldu. Elə ki, Məhəmməd ibni Əbu Bəkr böyüdü, ali Əli və Əli (əleyhissalam)-ın haqq olduğunu bildi və ondan itaət yolunu seçdi. İmam Əli (əleyhissalam)-ın ona o qədər məhəbbəti var idi ki, buyururdu:
مُحمدٌ إِبْنى مِنْ صُلْبِ أبى بَكْرٍ
Əbu Bəkr sülbündən olan Məhəmmməd ibni Əbi Bəkr Əli (əleyhissalam)-ın qarşısında özündən elə ləyaqət və qoçaqlıq nişan verdi ki, Qeys ibni Sə`d ibni Übadəni o Həzrət Misrin valiliyindən çıxardı və onun yerinə Məhəmməd ibni Əbu Bəkri tə`yin etdi.
Məhəmməd Misrə getdi və İmam Əli (əleyhissalam) ona öz istəyinə əsasən höküməti idarə etmək qaydaları haqqında şərhli bir məktub yazdı. Müaviyə Məhəmmədə çoxlu məktublar yazdı ki, onu özünə tərəf cəlb etsin.
Lakin bir nəticə almadı və Məhəmməd ona aldanmadı. Axırda Müaviyə Misri tutmaq üçün Əmr Asın rəhbərliyi altında böyük bir diviziyanı Misrin üzərinə göndərdi. Məhəmməd Misir camaatını müqabiliyə də`vət etdi və ordu hazırladı. Və onu Kənanə ibni Bəşərin komandanlığı altında Əmr Asa tərəf yolladı. İki ordu arasında şiddətli müharbə baş verdi. Nəhayət Kənanə şəhadətə yetişdi və get-gedə Misir ordusu məğlub olub və dağıldı. Sonra Əmr Asın ordusu Məhəmməd ibni Əbi Bəkri tutub Müaviyət ibni Müdəycin yanına apardılar və çox danışdıqdan eləcə də Məhəmməd ibni Əbi Bəkrin möhkəm cavablarından sonra nəhayət Misirdə Müaviyət ibni Xüdəycin göstərişi ilə onun başını bədənindən ayırdılar. Onun pak peykərini ölümş eşşəyin dərisinin arasına qoyub odladılar və bu tərtiblə 38-ci ilin səfər ayında 28 yaşında Məhəmməd ibni Əbu Bəkr şəhadət şərbətini içdi.
Elə ki, Məhəmməd ibni Əbi Bəkrin şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdı çox məhzun oldu və buyurdu:
«O, şəhadətə yetişdi. Onu Allahın hesabına qoyuram. O, nəsihət qəbul edən və xeyirxah bir övlad idi. Çalışqan, iti və kəsici şəmşir, eləcə də sütun idi.»
Əbdürrəhman ibni Müsəyyib Fəzari ki, Əli (əleyhissalam)-ın Şamdakı məxfi mə`muru idi. Əli (əleyhissalam)-ın hüzuruna gəldi və dedi: «Elə ki, Məhəmmədin şəhadət xəbəri Şam camaatına çatdı və elə ki, Müaviyə onun öldürülməsi xəbərini mənbərdə e`lan etdi mən Şam camaatını heç bir vaxt bu cür görmədim ki, Məhəmmədin ölüm xəbərindən xoşhal oldular.»
İmam (əleyhissalam) buyurdu: «Lakin bil ki, bizim kədərimiz Şam camaatının şadlığından daha böyükdür.»
«Məhəmmədin şəhadətində bizim hüzn və kədərimiz Şamlıların şadlığı qədərdir. Çünki, onlar bir düşməni əldən verdilər, biz isə bir dostu itirdik. O, haqqın dostu və batilin düşməni idi.»
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)