İmam Cavadın (ə) başqa bir xüsusi ziyarətnaməsi
Ərəbcə
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ الْإِمَامِ التَّقِيِّ النَّقِيِّ الرَّضِيِّ الْمَرْضِيِّ وَ حُجَّتِكَ عَلَى مَنْ فَوْقَ الْأَرْضِ وَ مَنْ تَحْتَ الثَّرَى صَلاةً كَثِيرَةً نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً مُتَوَاصِلَةً مُتَرَادِفَةً مُتَوَاتِرَةً كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ وَ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْمُؤْمِنِينَ وَ وَارِثَ عِلْمِ النَّبِيِّينَ وَ سُلالَةَ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ أَتَيْتُكَ زَائِرا عَارِفا بِحَقِّكَ مُعَادِيا لِأَعْدَائِكَ مُوَالِيا لِأَوْلِيَائِكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ
Oxunuşu
Əllahummə səlli əla Mu-həmmədibni Əliyy, əl imamit təqiyyir rəziyyil mərziyy, və huccətikə əla mən fəvqəl ərzi və mən təhtəs səra, səlatən kəsirətən namiyətən zakiyətən mubarəkəh, mutəvasilətən mu-təradifətən mutəvatirəh, kəəf-zəli ma səlləytə əla əhədin min əvliyaik, vəssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya nurəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya imaməl mu`minin və varisə ilmin nəbiyyin və sulalətəl vəsiyyin, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, ətəytukə zairən arifən bihəqqik, muadiyən li ə`daikə muvaliyən li əvliyaik, fəşfə` li ində rəbbik.
Tərcüməsi
Şeyx Səduq "Fəqih” adlı kitabında buyurub: "O həzrətin ziyarətinə getmək istədiyin vaxt qüsül verib, təmiz paltarlarını geyin. Onu ziyarət etdiyin vaxt bu sözləri de:
İlahi, təqvalı, pak, bəyənib razı olduğun, yerin üstü və altındakılara höccətin olan imam Məhəmməd ibn Əliyə çoxlu, bərəkətli, pak, mübarək, həmişəlik və ardıcıl salam yetir; elə bir salam ki, dostlarından birinə göndərdiyin salamdan yaxşı olsun. Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın nuru! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey möminlərin imamı, peyğəmbərlərin elminin varisi və vəsilərin sülaləsi! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Haqqını tanıdığım, düşmənlərinlə düşmən olduğum və dostlarını sevdiyim halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et!
Bu ziyarətnaməni oxuduqdan sonra hacətini Allah taaladan dilə və o həzrətin qəbrinin baş tərəfində dörd rükət ziyarət namazı – iki rükət imam Musa Kazimin (ə) və iki rükət də imam Məhəmməd Təqinin (ə) ziyarət namazını – qıl. İmam Musa Kazimin (ə) mütəhhər qəbri, qiblə istiqamətində yerləşən Qüreyşlilərin qəbristanlığı ilə üzbəüz olduğu üçün o həzrətin qəbrinin baş tərəfində ziyarət namazı qılmaq olmaz.
Müəllif deyir: Şeyx Səduqun dediklərindən belə məlum olur ki, o zamanlar həzrət Musa Kazimin (ə) mütəhhər hərəmi həzrət Cavadın (ə) hərəmindən ayrı olub, hər iki hərəmin xüsusi günbəzi və giriş qapısı var imiş. İmam Musa Kazimi (ə) ziyarət etdikdən sonra onun hərəmindən xaric olub, həzrət Cavadın (ə) hərəminə daxil olurlarmış.
Kitabın adı: Məfatihul Cinan