Əssəlamu ələykə ya vəliy-yəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə və əla abaik, əssəlamu ələykə və əla əbnaik, əssəlamu ələykə və əla əvliyaik, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və tələvtəl kitabə həqqə tilavətih, və cahədtə fillahi həqqə ciha-dih, və səbərtə ələl əza fi cənbihi hətta ətakəl yəqin, ətəytukə zairən arifən bihəq-qik, muvaliyən li əvliyaik, muadiyən li ə`daik, fəşfə li ində rəbbik.
İrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf.
İn kuntə bi`səl əbdu fə əntə ni`mər rəbb.
Əzuməz zənbu min əbdikə fəl yəhsunil əfvu min indikə ya kərim.
Tərcüməsi
Şeyx Müfid, şeyx Şəhid və Məhəmməd ibni Məşhədi buyurublar: "Sonra, cəddinin arxasında dəfn olunan Əbi Cəfər Məhəmməd ibni Əl-Cavadın (ə) qəbrinə yaxınlaş və qəbrin kənarında dayanıb, de:
Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın hüccəti! Salam olsun sənə, ey Allahın yer üzünün zülmətlərindəki nuru! Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə və ata-babalarına! Salam olsun sənə və övladlarına! Salam olsun sənə və dostlarına! Şəhadət verirəm ki, sən namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa dəvət etdin, pislikdən çəkindirdin, Quranı layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin, əcəlin çatana qədər camaatın əzab-əziyyətlərinə səbir etdin. Haqqını tanıdığım, dostlarını sevdiyim və düşmənlərinlə düşmən olduğum halda, ziyarətinə gəlmişəm. Belə isə, Rəbbinin dərgahında mənə şəfaət et!
Sonra qəbri öpüb, üzünü onun üzərinə qoy. Ayağa qalxıb, iki rükət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin başqa namazları da qıla bilərsən. Namazlardan sonra səcdəyə gedib, bu duanı oxu:
(İlahi,) pislik edib çarəsi kəsilənə və (öz pisliyini) etiraf edənə rəhm et!
Sonra sağ üzünü yerə qoyub, de:
Əgər mən pis bəndəyəmsə, Sən isə yaxşı Rəbsən!
Daha sonra sol üzünü yerə qoyub,de:
Sənin bəndənin günahı böyükdür. Belə isə, Sənin tərəfindən olan əfv gözəl olmalıdır, ey böyük Allah!
Bu duaları oxuduqdan sonra yenidən səcdəyə get və yüz dəfə "Şukrən, şukrən...” zikrini de.
Kitabın adı: Məfatihul Cinan