Seyid ibni Tavus bu müxtəsər ziyarəti "Məzar” adlı kitabında nəql etmişdir. Bu ziyarətnamənin böyük savabı vardır. Ziyarətnamə belədir: Cabir Cofi nəql edir ki, imam Sadiq (ə) ona buyurdu: "Sizinlə imam Hüseynin (ə) qəbri arasında nə qədər məsafə vardır?” Mən dedim: " Bir gündən bir az çox”. O həzrət buyurdu: " İmamın ziyarətinə gedirsiniz?”
-Bəli.
-İstəyirsən ki, səni sevindirim və sənə bu ziyarətin savabı ilə bəşarət verim?”
-Bəli, canım sizə fəda olsun.
-Sizlərdən hər biriniz o həzrəti ziyarət etmək qərarına gəldikdə, göy əhli bir-birinə müжdə verər. Ziyarətə yola düşən şəxs imam Hüeynin(ə) qəbrinə yetişənədək, istər payi-piyada, istərsə də miniklə olsun, Allah taala min mələyə ona salam gndərməyi əmr edər. Sonra imam Sadiq (ə) buyurdu: "İmam Hüseynin (ə) ziyarətgahının qapısında dayanıb bu sözləri de! Şübhəsiz ki, bu sözlərin hər birinin müqabilində ilahi rəhmətə nail olarsan.” Mən soruşdum:” Canım sizə fəda olsun, o hansı sözlərdir?”. O, buyurdu:
Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın elçilərinin sərvəri Məhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmöminin Əli və vəsilərin ən yaxşısının varisi! Salam olsun sənə, ey bəyənilmiş, pak, Allahdan razı olan və Allahın da ondan razı olduğu Həsənin varisi! Salam olsun sənə, ey böyük "siddiq” (düzdanışan)! Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənə və sənin türbənə nazil olub kənarında yaşayan (dəfn olunan) ruhlara! Salam olsun sənə və sənin ətrafına toplaşan ilahi mələklərə! Şəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, dinsizlərlə mübarizə apardın və Allaha ibadət etdin. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!
Sonra imamın pak qəbrinə tərəf get. Addığın hər addıma Allah yolunda ölən və qanını bürünən şəhidin savabı yazılar. Qəbrə yetişib, dayan və əlini ona sürtüb de:
Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti!
Sonra namaza hazırlaş. O həzrətin qəbri kənarında qılınan namazın hər bir rükətinə min həcc ziyaratinin savabı, min ümrə ziyarətinin savabı , min qul azad etməyin və haqq peyğəmbərlə min dəfə həmnişin olan şəxsin savabı yazılar. Müfəzzəl ibni Ömər bu rəvayəti "İmam Hüseynin ziyarəti qaydaları” fəslində kiçik bir fərqlə qeyd etmişdir.
Kitabın adı: Məfatihul Cinan