» » Rəcəb ayının on beşinci günündə oxunan ziyarətnamə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Rəcəb ayının on beşinci günündə oxunan ziyarətnamə
    0
    Müəllif: Fatimə Nuri Xuda | 23-04-2016, 16:00 | Baxılıb: 1 812
     
     
    Rəcəb ayının on beşinci günündə oxunan ziyarətnamə
     
    Ərəbcə
     
    السَّلامُ عَلَيْكُمْ يَا آلَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ يَا صَفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ يَا خِيَرَةَ اللَّهِ مِنْ خَلْقِهِ السَّلامُ عَلَيْكُمْ يَا سَادَةَ السَّادَاتِ السَّلامُ عَلَيْكُمْ يَا لُيُوثَ [عَلَى لُيُوثِ‏] الْغَابَاتِ السَّلامُ عَلَيْكُمْ يَا سُفُنَ النَّجَاةِ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ الْحُسَيْنَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ الْأَنْبِيَاءِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ [السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ‏] السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِسْمَاعِيلَ ذَبِيحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ الْمُصْطَفَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَدِيجَةَ الْكُبْرَى السَّلامُ عَلَيْكَ يَا شَهِيدَ ابْنَ الشَّهِيدِ السَّلامُ عَلَيْكَ يَا قَتِيلَ ابْنَ الْقَتِيلِ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ عَلَى خَلْقِهِ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ رُزِئْتَ [وَ بَرَرْتَ‏] بِوَالِدَيْكَ وَ جَاهَدْتَ عَدُوَّكَ وَ أَشْهَدُ أَنَّكَ تَسْمَعُ الْكَلامَ وَ تَرُدُّ الْجَوَابَ وَ أَنَّكَ حَبِيبُ اللَّهِ وَ خَلِيلُهُ وَ نَجِيبُهُ [نَجِيُّهُ‏] وَ صَفِيُّهُ وَ ابْنُ صَفِيِّهِ يَا مَوْلايَ [وَ ابْنَ مَوْلايَ‏] زُرْتُكَ مُشْتَاقا فَكُنْ لِي شَفِيعا إِلَى اللَّهِ يَا سَيِّدِي وَ أَسْتَشْفِعُ إِلَى اللَّهِ بِجَدِّكَ سَيِّدِ النَّبِيِّينَ وَ بِأَبِيكَ سَيِّدِ الْوَصِيِّينَ وَ بِأُمِّكَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ أَلا لَعَنَ اللَّهُ قَاتِلِيكَ وَ لَعَنَ اللَّهُ ظَالِمِيكَ وَ لَعَنَ اللَّهُ سَالِبِيكَ وَ مُبْغِضِيكَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ
    السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ لَعَنَ اللَّهُ قَاتِلِيكَ وَ لَعَنَ اللَّهُ ظَالِمِيكَ إِنِّي أَتَقَرَّبُ إِلَى اللَّهِ بِزِيَارَتِكُمْ وَ بِمَحَبَّتِكُمْ وَ أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكُمْ وَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
    السَّلامُ عَلَى الْأَرْوَاحِ الْمُنِيخَةِ بِقَبْرِ أَبِي عَبْدِ اللَّهِ الْحُسَيْنِ عَلَيْهِ السَّلامُ السَّلامُ عَلَيْكُمْ يَا طَاهِرِينَ مِنَ الدَّنَسِ السَّلامُ عَلَيْكُمْ يَا مَهْدِيُّونَ السَّلامُ عَلَيْكُمْ يَا أَبْرَارَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ وَ عَلَى الْمَلائِكَةِ الْحَافِّينَ بِقُبُورِكُمْ أَجْمَعِينَ جَمَعَنَا اللَّهُ وَ إِيَّاكُمْ فِي مُسْتَقَرِّ رَحْمَتِهِ وَ تَحْتِ عَرْشِهِ اِنَّهُ أَرْحَمُ الرَّاحِمِينَ وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
    سَلامُ اللَّهِ وَ سَلامُ مَلائِكَتِهِ الْمُقَرَّبِينَ...
     
    Oxunuşu
     
    Əssəlamu ələykum ya aləllah, əssəlamu ələykum ya səfvətəllah, əssəlamu ələykum ya xiyərətəllah min xəlqih, əssəlamu ələykum ya sadətəs sadat, əssəlamu ələykum ya luyusəl (əla luyusil) ğabat, əssəlamu ələykum ya sufunən nəcat, əssəlamu ələykə ya Əba Əbdillahil Husəyn, əssəlamu ələykə ya varisə ilmil ənbiya və rəhmətullahi və bərəkatuh, əs-səlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə İsmailə zəbihillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə yəbnə Muhəmmədinil Mustəfa, əssə-lamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəb-nə Fatimətəz Zəhra, əssəlamu ələykə yəbnə Xədicətəl Kubra, əssəlamu ələykə ya şəhidəbnəş şəhid, əssəlamu ələykə ya qəti-ləbnəl qətil, əssəlamu ələykə ya vəliyyəllahi vəbnə vəliyyih, əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətihi əla xəlqih, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və ruzi`tə (və bərərtə) bivalidəykə və cahədtə əduvvək, və əşhədu ənnəkə təsməul kəlamə və təruddul cəvab, və ənnəkə həbibullahi və xəliluhu və nəcibuhu və səfiyyuhu vəbnu səfiyyih, ya məvlayə vəbnə məvlay, zurtukə muştaqən fəkun li şəfiən iləllah, ya səyyidi və əstəşfiu iləllahi bicəddikə səyyidin nəbiyyin, və bi əbikə səyyidil vəsiyyin, və bi ummikə Fatimətə səyyidəti nisail aləmin, əla ləənəllahu qatiləkə və ləənəllahu zalimik, və ləənəllahu salibikə və mubğizikə minəl əvvəlinə vəl axirin, və səlləllahu əla səyyidina Muhəmmədin və ali-hit təyyibinət tahirin.
    Əssəlamu ələykə ya məvlayə vəbnə məvlay, ləənəllahu qatili-kə və ləənəllahu zalimik, inni ətəqərrəbu iləllahi biziyarəti-kum və biməhəbbətikum və əb-rəu iləllahi min ə`daikum, vəs səlamu ələykə ya məvlayə və rəhmətullahi və bərəkatuh.
    Əssəlamu ələl ərvahil mu-nixəti biqəbri Əbi Əbdillahil Husəyn ələyhis səlam, əssəlamu ələykum ya tahirinə minəd dənəs, əssəlamu ələykum ya məhdiyyun, əssəlamu ələykum ya əbrarəllah, əssəlamu ələy-kum və ələl məlaikətil haffinə biquburikum əcməin, cəməə-nəllahu və iyyakum fi mus-təqərri rəhmətihi və təhti ərşih, innəhu ərhəmur rahimin, vəs-səlamu ələykum və rəhmətul-lahi və bərəkatuh.
    Səlamullahi və səlamu mə-laikətihil muqərrəbin...
     
    Tərcüməsi
     
    Şeyx Müfid "Məzar” adlı kitabında Rəcəb ayının ortasında oxunan bu ziyarətnaməni nəql etmişdir. Bu ziyarətnaməni "Ğufeylə” adlandırıblar, başqa sözlə desək, Rəcəb ayının ortasını "Ğufeylə” adlandırdıqları üçün bu ziyarətnaməni də "Ğufeylə” adlandırıblar. Çünki camaatın əksəriyyəti bu günün fəzilətindən qəflətdədirlər. Xülasə, bu gündə imam Hüseyni (ə) ziyarət etməyi qərara alsan, o həzrətin mübarək hərəminə daxil olub, üç dəfə "Allahu Əkbər”deyib, o pak qəbrin kənarında dayan və bu ziyarətnaməni oxu:
    Salam olsun sizə, ey Allahın Əhli-beyti! Salam olsun sizə, ey Allahın xas bəndələri! Salam olsun sizə, ey Allahın Öz məxluqatı arasından seçdiyi şəxslər! Salam olsun sizə, ey sərvərlər sərvəri! Salam olsun sizə, ey meşə aslanları! Salam olsun sizə, ey nicat gəmiləri! Salam olsun sənə, ey Əba-Əbdillah Hüseyn! Salam olsun sənə, ey peyğəmbərlərin elminin varisi! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahın qurbanı (Allah yolunda qurban olunan) İsmailin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Məhəmmədin varisi! Salam olsun sənə, ey Məhəmməd Mustafanın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Xədiceyi-Kübranın oğlu! Salam olsun sənə, ey şəhid oğlu şəhid! Salam olsun sənə, ey haqq yolunda qətlə yetirilən və haqq yolunda qətlə yetirilənin oğlu! Salam olsun sənə, ey Allahın vəlisi və vəlisinin oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Onun məxluqatı üzərindəki höccətinin oğlu! Şəhadət verirəm ki, həqiqətən, sən namaz qaldın, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, ata və ananın şəhadəti ilə müsibətə düşdün və öz düşməninlə mübarizə apardın. Şəhadət verirəm ki, sən sözləri eşidir və cavab verirsən. Həqiqətən, sən Allahın həbibi, dostu, bəyəndiyi, seçdiyi (xas bəndəsi) və seçdiyinin oğlusan. Ey mənim mövlam və mövlamın oğlu, mən səni istədiyim üçün ziyarətinə gəlmişəm. Elə isə Allah dərgahında mənə şəfaətçi ol! Ey mənim sərvərim, Allah dərgahında cəddin peyğəmbərlərin sərvəri, atan vəsilərin sərvəri və anan aləmlərin qadınlarının sərvərinin vasitəsilə şəfaət diləyirəm! Allah sənin qatillərinə lənət etsin! Allah sənə zülm edənə lənət etsin! Allah sənin haqqını mənimsəyən və səninlə düşmənçilik edən birinci və axırıncı şəxslərə lənət etsin! Allahın salamı olsun sərvərimiz Məhəmməd və onun pak-pakizə Əhli-beytinə!
    Sonra o həzrətin pak qəbrini öp və Əli ibni Hüseyni (ə) ziyarət edib, de:
    Salam olsun sənə, ey mənim mövlam və mövlamın oğlu! Allah sənin qatillərinə lənət etsin! Allah sənə zülm edənlərə lənət etsin! Mən sizi ziyarət etmək, sizə məhəbbət bəsləmək və Allah dərgahında düşmənlərinizə nifrət etməklə Allaha yaxınlaşıram. Salam olsun sənə, ey mənim mövlam! Allahın rəhmət və bərəkətləri olsun sənə!
    Sonra şəhidlərin qəbri üstünə gedib, bu ziyarətnaməni oxu:
    Salam olsun Əba-Əbdillah Hüseynin (salam olsun ona) qəbrinin kənarındakı ruhlara! Salam olsun sizə, ey çirkinliklərdən təmizlənən kəslər! Salam olsun sizə, ey hidayət olunmuş kəslər! Salam olsun sizə, ey Allah dərgahında xeyirxahlar! Salam olsun sizə və sizin qəbrinizin ətrafına toplaşan bütün mələklərə! Allah bizimlə sizi rəhmət düşərgəsi və ərşinin kölgəsində cəm etsin. Həqiqətən, O, mehribanların ən mehribanıdır. Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə!
    Sonra Abbas ibni Əmiril-mömininin (ə) hərəminə get. O həzrətin hərəminin qapısında dayanıb, de:
    Allahın və "müqərrəb” (Allaha yaxın) mələklərin... salamı olsun sənə!...
    O həzrətin əvvəldə nəql etdiyimiz ziyarətnaməsini axıra qədər oxu.
     

    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Ziyarətnamələr
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.