Əli (ə) şiəsi ilə ateistin bəhsi ( hissə 4)
Ateist:
Siz deyirsiniz ki, hər şeyin taleyini Allah müəyyən edib, o cümlədən bizim işlərimizi də O qabaqcadan lazımi səmtə yönəltmişdir.
Onda belə çıxır ki, mən istəyirəmsədə istəmirəmsə də hər şeyi etməliyəm. Əgər bu belədirsə, onda O niyə bəzi işlər üçün bizi mühakimə edir. Deməyin ki, mən özbaşnayam, yoxsa bu ən böyük uydurma olardı. İcazə verin, mən fikrimi davam etdirim. Məgər mən doğulub ya doğulmamaqda, milliyyətimi, dərimin rəngini, vətənimi seçməkdə öz başnayammı? Məgər mənim istəyimləmi ay və günəş çıxır və batır?
Mənim taleyim, ölmüm və xəstələnməyim mənim arzumlamı mənə verilir?
Məgər mən günahkarammı ki, hər şeyiqabaqcadan taleyimlə müəyyənləşdirilib, mənim isə başqa çıxış yolum yoxdur. Bəs belədirsə Allah niyə mühakimə edir? Sonra siz bəşəriyyətə cəmiyyətin, əsrin təsiri haqqında və materialist-filosofların dedikləri tarixi zərurilik haqqında nə deyə bilərsiz?
Əli (ə) şiəsi:
Sən sofistikaya qapılmısan (Sofizmə əsaslanan mühakimə formasıdır. Sofizm - ormal olaraq düzgün görünən, ancaq əslində bilərəkdən ilkin müddəaların düzgün seçilməməsinə əsaslanan yalan nəticədir) Sözsüz sənin işlərin Allaha məlumdur və Onun kitabında yazılıb, ancaq bu o demek deyil ki, O, səni məcbur edir. Doğurdan da onlar qabaqcadan müəyyənləşdirilib, ancaq onun idrakında. Bu təxminən ona bənzəyir ki, sən öz düşüncənlə güman edirsən ki, sənin oğlun zinakarlıq edəcək. Sonralar bu doğrudan da həyatda baş verir. Məgər sən güman etməyinlə onu bu işə məcbur etmisənmi? Və yaxud sənin baş verməsini istəmədiyin və ancaq xəyalında tutduğun bir hadisə səndən asılı olmayaraq gerçəkləşmişdir?
Sənin azadlıq haqqında söhbətinə gəldikdə isə sən deyirsən ki, azadlıq uydurmadır. Sənin səhvin ondan ibarətdir ki, sən sübut etməyə çalışırsan ki, doğulmaqda, hansı millətə mənsub olmaqda və s. sənə seçmək hüququ verilməyib, sən günəşi və ayı idarə edə bilmirsən.
Səhvin səbəbi ondan ibarətdir ki, sən azadlıği biz dindarlar kimi təsəvvür etmirsən. Sən mütləq azadlıqdan danışırsan. Deyirsən ki, məgər mən dərimin rəngini, yəni ağ və yaxud qara olmağımı, boyumun hündür ya alçaq olmasını özüm seçməkdə sərbəstəmmi, mən günəşin yerini dəyişə bilərəmmi, onun orbit üzərində hərəkətinə təsir göstərə bilərmmi?
Sən mütləq azadlıq haqqında - kainatda ağalılığını soruşursan, bu isə ancaq Vahid Allaha məxsusdur. Quranda bu haqda buyurulur : "Rəbbin istədiyini yaradar və seçər. Onların (bəndələrin istədikləri etməyə) heç bir ixtiyarı yoxdur..." (Qəsəs surəsi ayə 68)
Yaratmaq sahəsində heç kəsə sərbəstlik verilməyib, çünki istədiyini və seçdiyini ancaq Allah yarada bilər.
Bizim mübahisəmizin mövzusu sənin cavab verməli olacağın məsələlər dairəsinə aiddir. Bizim müzakirəmiz bu məhdudiyyətlər çərçivəsində gedəcək. Sən öz ehtirasını özündə boğmaqda, öz qəzəbini cilovlamaqda, qəlbinlə vuruşda, alçaq niyyətlərini boğmaqda, öz xoş arzularını şövqləndirməkdə sərbəstsən.
Sən öz əmlakını ianə, canını isə fəda etməkdə sərbəstsən. Sən öz nəzərlərini özgə biabırçılıqlarından yayındıra bilərsən. Bu məsələlərdə biz azadıq, bunların hamısı üçün biz hesabat verəcəyik və bizdən bunları ciddi soruşacaqlar.
Söhbət mütləq azadlıqdan deyil, insanın zərinə düşən
vəzifələrin yerinə yetirməsindəki nisbi azadlıqdan gedir. Bu azadlıq həqiqətdir, buna sübut bizim onu qəlbimizdə təbii hiss etməyimizdir.
Biz öz hərəkətlərimizdə məsuliyyət hiss edirik və öz səhvlərimizin peşmançılğını çəkirik, xeyirxah gördükdə ruh sakitliyi hiss edirik.
Biz hər bir an çoxsaylı imkanlarımızı ölçüb - biçərək nəyi isə seçirik, çünki bizim dərrakəmizinən əsas məqsədi seçmək, bir çeyi başqasına nisbətən üstünlük verməkdən ibarətdir.
Biz qızdırmadan əsən əllə, yazan əl, arasındakı fərqi aydın görürük.
Biz görürük ki, birinci halda əl məcburiyyətdən, ikinci halda isə xoş niyyətdən əsir. Əgər hər iki halda əl məcburən hərəkətə gətirilsəydi, biz onları biri birindən fərqləndirə bilməzdik.
Belə azadlığı onunlada təsdiq etmək olar ki, heç bir işgəncə ilə ürəyi, ona iyrənc olan bir şeyi sevməyə məcbur etmək olmaz. Bunun mənası ondan ibarətdir ki, Allah bizim ürəyimizi hər zorakılıqdan və məcburiyyətdən azad etmişdir, yəni onu azad yaratmışdır.
Odur ki, Allah ürəyi və onun niyyətlərini mühakimələrin əsası kimi yaratmışdır. Etiqad edən, cəza qorxusundan öz inmından imtina edərsə, ancaq qəlbi inamsızlıqdanvə şübhələrdən təmizdirsə onu Allah cəzalandırmayacaq.
Bu səbəbdən Allah quranda buyurub: "Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdənsonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!"( Nəhl surəsi ayə 106)
Sənin səhvinin başqa bir tərəfi ondan ibarətdir ki, sən azadlığı Allahın ixtiyarından və Onun təkhakimliyindən yuxarda tutursan, azadlıq haqqında danışanları təqsirləndirirsən ki, onlar Allahla əlbir olaraq Onun istəyini yerinə yetirən köməyçilərə çevrilirlər. Sən bunu belə başa düşürsən. Sən həddindən çox istəklər diləyirsən. bu yanlış anlayışdır. İnsan azadlığı Allahın istəyi dairəsindən çıxmır.
İnsan bəzən Allaha xoş getməyən işlər görür, ancaq o Allahın istəyinə qarşı heç bir şey edə bilməz. Bu insanın nisbi azdlığının başqa bir tərəfidir. Biz nə ediriksə, hamısını Allahın əmri ilə edirik. Baxmayaraq ki, bəzən Onun razılığı olmadan, şəriyət qanunlarına zidd hərəkətlər də edirik.
Bizim azadlığımız Yaradıcı tərəfdən, Onun öz istəyinə görə bizə göndərilən hədiyyədir. Biz onu Allahdan zorla almamışıq. Bizim azadlığımız onun istəyidir. Allah Quranda insanlara buyurur:" Allah istəməsə, siz istəyə bilməzsiniz..." ( İnsan surəsi ayə 30)
Bizim istəyimiz Onun istəyindən irəli gəlir, buda onun hədiyyəsidir, Onun səxavətinin və böyüklüyünün sovqatıdır. Bizim istəklərimiz Onun qərarı ilə üst-üstə düşür. Bizim Allahla İşlərimizdə, mülahizələrimizdə yaltaqlıq və səmimiyətsizlik, ziddiyyət və rəqabət yoxdur.
Bu planda söhbət Allahın vahidliyini inkar etmir, Onun istəklərinin buyruqçuları olan və Onun mülahizələrini müzakiə edən köməyçilər tapmır.
Həqiqətən bizim azdlığımız Onun istəyi və əmridir.
Səhvin üçüncü bir tərəfi ondan ibarətdir ki, tale və istək azdlığın yoxluğu haqqında məsələ qaldıran insanların bir hissəsi belə başa düşürlər ki, bunlar hamısı insana zorla, seçmək imkanı olmadan, onun vərdişlərini, fitri həvəsini, təbbi tələbatını və s. nəzərə almadan verilir.
Sən dərindən yanılırsan. Əslində Allah zorakılığı aydıncasına inkar edir. Quranda Allah belə buyurur:"Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar."(Şuəra surəsi ayə 4)
Ayənin mənası aydındır. Əgər Allah istəsə, bizi doğru yola yönətməyə Onun gücü çatar. Ancaq o bunu etmədi, çünki Allah tərəfindən heç bir məcburiyyət və zorakılıq yoxdur.
"Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan aydın fərqlənir..." ( Bəqərə surəsi ayə 256)
" Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?" ( Yunus surəsi ayə 99)
Xeyr , Allah heç kəsi zorla imana gətirmir. İnsan inanıb-inanmamaqda azaddır. Odur ki Allah öz peyğəmbərinə buyurur:"İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?"
Tale və alın yazıların insanlara yuxardan zorla qəbul etdirilməsi kimi baxmaq olmaz. Allah qabaqcadan hərbir kəsin taleyini onun qəlbinin tələbatından, zehni qabiliyyətindən aslı olaraq müəyyənləşdirmişdir.
Məşğuliyyət tərzindən və məqsədindən asılı olaraq, Allah hər bir kəsin niyyətlərinin yerinə yetməsini arzulayır və istəyir. Allah insana nə verirsə, o insanın özünün seçdiyidir, çünki Allah hər kəsə onun öz sevdiyini və can atdığını verir.
Quranda buyurulur: "Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur." (Şura surəsi ayə 20)
"Onlar ürəyində nifaq və həsəd mərəzi var. Allah onların mərəzini daha da artırar..."(Bəqərə surəsi ayə 10)
" Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö´minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!" ( Məhəmməd surəsi ayə 17)
Pulları alındıqdan sonra azad edilmiş əsirlərə müraciyyət edərək Allah buyurur: "...Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər..."(Ənfal surəsi ayə 70)
Allah insanın taleyini onun niyyətlərinə uyğun müəyyənləşdirir: əgər niyyətləri xoşdursa yaxşı, pisidrsə pis yola.
Bu o deməkdir ikiüzlülük yoxdur.Taleyin mümüəyyənləşdirilməsi insanın öz seçdiyilə dəqiqləşdirilir. Burada ziddiyyət yoxdur. Yəni Allah bizim taleyimizin öz niyyətimizdən aıslı olaraq müəyyənləşdirir. Odur ki, insan istəyinə qarşı təzyiq, zorakılıq və məcburiyyət yoxdur.
Quranda buyurulur: "Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona Cənnəti müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz onu Cəhənnəm üçün hazırlayacağıq!" (Leyl surəsi ayələr 5, 6, 7, 8, 9, 10.)
" ... (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal surəsi ayə 17)
Bu ayə Bədirdə gedən döyüş haqqındadır.
Burada Peyğəmbər (s) düşmənlər tərəfə bir ovuc torpaq ataraq onları kor edir. Burda iki arzu birləşir: qul arzusu və Allahın istəyi. Bu isə taleyin anlaşılmasına bir açardı-icra etməyə cəhd göstərmək quldan, bunun üçün ona imkan vermıək isə Allahdan asılıdır.
İnsan azadlığı dəyişkən nisbi kəmiyyətdir. Bu kəmiyyət şəraitdən aslı olaraq dəyişə bilər . İnsan öz azdlıq dairəsini bilik vasitəsilə genişləndirə bilər. O,yeni əmk alətləri, nəqliyyət və rabitə vasitələri ixtira edə bilər, məsafəni qısaldar, zaman və məkandakı məhdudiyyətləri fəth edə bilər. Ətraf mühiti öyrənərək insan onun üzərində hökümranlıq edə bilər və ondan müəyyən məqsədlər üçün istifadə edə bilər. İnsan istiyə, soyuğa, zülmətə qalib gəlməyi, əlçatmaz hündürlükləri fəth etməyi öyrənərək öz imkan dairəsiini genişləndirdi.
Bilik zəncirdən qurtulmaq üçün bir üsul, istəyin sərbəstliyinə bir imkandır.
Ancaq sərbəstlik dairəsinin genişlənməsinə ən əsas vasitə dindir.
Allaha yaxınlaşmanın sayəsində insanlar Ondan geniş azadlıq, vəhy və kömək alır. Bu vasitədən Peyğəmbərlər və onların davamçıları istifadə ediblər.
Allah Süleymana (ə) cinləri tabi etdi, külək üzərində hakimlik verdi, quşların dilini başa düşməyi bəxş etdi. Musa (ə) Nil çayının axınını dayandırdı. İsa (ə) peyğəmbər ölüləri dirildirdi, su üzərində yeriyirdi, korların gözünü açırdı, cüzamla, xəstələnmişləri sağaldır və s. Onlar bütün bunları Allahın köməyilə edirdilər.
Biz Peyğəmbərlərin möcüzə yaratmları haqqında ecazkar varislər məsafələri qısaltmaq qabiliyyətinə malik olmaları haqqında oxumuşuq. Bu pillələrə ancaq ciddi əməklə, vücudun Allaha yaxınlaşması və Ona hədsiz məhəbbət göstərməsilə nail olmaq olar. Belə adamlara Allah başqalarından fərqli olaraq bilik və qabiliyyət bəxş etmişdir. Həqiqətən bu biliklər Allahın bəxşidir.
İnsan taleyi problemini iki kəlmə ilə ifadə etmək olar: " İnsan biliyi çərçivəsində azaddır, bimədiyi sahədə isə azad deyil." Burdan belə çıxır ki, insan Allahdan aldığı biliyini, onun subyektiv və ya obyektivliyindən asılı olmayaraq genişləndirdikcə öz azadlıq çərçivəsini də geniçləndirir.
Materialistlər insanı arıxı zəruriliyin əsiri kimi göstərməklə dərin səhvə yol vermişlər. Onlar insanların zəncirin bir həlqəsi kimi təsəvvür edərək, onun iqtisadiyyatın və cəmiyyətin inkişaf qanunlarına tabe olmayaraq bu zəncirdən çıxmaq və qaçmaq imkanına inanmamışlar, elə bil ki, insan küləyin sovurduğu əlsiz və arzusuz bir saman çöpüdür.
Bu mövqey tərəftarları təkrar təkrar etməkdən yorulmurlar ki, bu " sinfi mübarizənin zəruriliyi qanunu" dur. Bu müddəa elmi yanaşma nöqteyi-nəzəridən yanlışdır, çünki insan münasibətlərində zərulilik yoxdur. Çox hallarda bu ehtimaldır. Elə insan dişli çarx arasındakı fərq də bundan ibarətdir. Günəşin tutulmasını bir saniyə dəqiqliyində qabaqcadan xəbər vermək olar, onun orbit ilə hərəkətinidə bir neçə gün və il qabaqcadan hesablamaq olar, ancaq insanın başına sabah nə gələcəyini və ürəyindəkiləri heç kim qabaqcadan deyə bilməz. Bunu ancaq güman etmək olar.
Maksın fərziyyəsi gerçəkləşmədi, yəni inkişaf etmiş kapitalist ölkələrində kommunist inqilabı başlamadı,əksinə inqilab ən geri qalmış ölkədə - Rusiyada baş verdi.
Şəxsi azadlıq əks-təsirsiz özünü sübut edə bilmir. Əgər insan bir neçə yol ayrıcında dayanıbsa və onlardan ancaq birini seçməlidirsə, bu həqiqətən azadlıqdır, yəni insan yollardan hansı birini seçməkdə azaddır.
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd

Allahın izni ilə 5-ci hissədə bu suala cavab verəcəyik:
Siz təsdiq edirsiniz ki, sizin Allah kamildir, mərhəmətlidir, səxavətlidir. Eyni vaxtda isə deyirsiniz ki, dünyadakı bütün bəlaları O yaradıb: xəstəlikləri, qocalığı, ölmü, yer titrəməsini, vulkanları, mikrobları, şaxtanı, qocaya-cavana baxmayan xərçəng xəstəliyini. Əgər Allah mərhəmətli və səxavətlidirsə, onda niyə bu bəlaları yaradıb?