214. Şücaət
1000. Şücaət
3220. İmam Əli (ə) :«Şücaət nəqd olan izzətdir.»
3221. İmam Əli(ə):«Şücaət nəqd kömək və aşkar fəzilətdir.»
3222. İmam Əli(ə):«Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq şücaətlə və qorxaqlıq yalanla birgə olar.»
3223. İmam Həsən (ə) («Şücaət nədir?»süalının cavabında): «Düşmənlər qarşısında dəyanət və döyüşdə möhkəmlikdir.»
1001. Şücaətin amilləri
3224. İmam Əli (ə):«Şücaətin təbiətində üç xislət var, onların hər birindəki fəzilət və dəyər digərində yoxdur: öz canından keçmək, zillətə getməmək, ad axtarmaq. Əgər bu üç xislət şücaətli insanda bərabər və kamil şəkildə olarsa, rəqibsiz bir pəhləvana və öz zəmanəsinin adlı-sanlı qəhrəmanına çevrilər. Əgər onda bu xislətlərdən biri digərindən daha artıq olarsa, həmin xislətdə onun şücaəti daha çox və qorxmazlığı daha artıqdır.»
3225. İmam Əli (ə):«Kişinin dəyər-qiyməti onun sə‘yi qədərdir. Doğru danışmağı və sadiqliyi onun mərdliyi həddə və onun şücaəti də qeyrəti qədərdir.»
3226. İmam Əli (ə):«Kişinin şücaəti onun sə‘yi və qeyrəti isə zillətə getməməyi qədərdir.»
3227. İmam Əli(ə) :«Şücaət, zillətdən utanmağın qədərincədir.»
1002. Ən şücaətli insan
3228. Allahın Peyğəmbəri (s):- səhabələrə xitabən- «Aranızda kimin ən möhkəm və ən qüvvəli olduğunu deyimmi?» Ərz etdilər:«Bəli, ey Allahın Rəsulu!» Həzrət (s) buyurdu:«Sizin ən möhkəm və ən güclünüz şad və razı olanda günaha, batilə tərəf getməyən, eləcə də narahat, narazı vaxtı haqqı danışmaq yolundan çıxmayan, qüdrətə çatanda haqqı olmadığına əl atmayandır.»
3229. İmam Əli (ə) :«Ən şücaətli insan hamıdan səxavətli olandır.»
3230. İmam Əli (ə):«Ən şücaətli insan dözməklə nadanlığa qalib gələndir.»
3231. İmam Əli (ə) :«Ağıl sahibindən şücaətli bir kimsə yoxdur.»
3232. İmam Əli (ə) :«Ən güclü insan, öz nəfsinə daha çox hakim olandır.»
1003. Şücaətin bəlası
3233. İmam Əli (ə):«Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir.»
3234. İmam Əli (ə):«Həqiqətən, şücaətin bir həddi var. Əgər onu aşsalar qorxmazlıq olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild