187. Sirr
922. Sirr saxlamaq
2960. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.»
2961. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.»
2962. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.»
2963. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.»
2964. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.»
2965. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.»
2966. İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.»
2967. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.»
2968. İmam Əli (ə):«Sənin sirrinin bilinməməsinin nə qorxusu var!?»
2969. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.»
2970. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.»
2971. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.»
2972. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.»
2973. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.»
923. Sirri verməyə layiq olmayanlar
2974. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.»
2975. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.»
2976. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz: qadına, söz gəzdirənə və axmağa.»
2977. İmam Sadiq (ə):«Dörd şey bərbad olar: ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild