* Allahdan qorxmayan qəlbdə, göz yaşı tökməyən gözdə, fayda verməyən elmdə xeyir olmaz.
* Gücsüzlərə kömək etməyə aciz qalırsansa, onları şəfqətlə bağrına basmağın yetər.
* Susanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.
* Rəftarı ədalətli adamın məqamı uca olar.
* Ən üstün insan, güc sahibi ikən xeyirxah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan
adamdır.
* Başqlarına göstərdiyin nəcib rəftar, özünə etdiyin yaxşılıqdır. Özünə etdiyin bu yaxşılıq üçün başqalarından əvəz gözləmə.
* Ömrünün keçən qismi, bitib tükənmiş bir zamandır, gələcək qismi bir ümiddən ibarətdir, içində olduğun an isə çalışma zamanıdır.
* Dünya malına çox əhəmiyyət verən adamlarla yoldaş olma; kasıb olsan xor baxar, varlı olsan qısqanar.
* Dünya birisinin əlində əbədi qalsaydi, ona sahib olma növbəsi sizə gəlib çatmazdı.
* Dinlə - öyrənərsən, sus – qurtularsan.
* Uğursuzluğun acisini görməsən, xöşbəxtliyin dəyərini anlamazsan.
* Hirs düşməndir, onu özünə rəqib etmə.
* Özün öz sirrini saxlaya bilmirsənsə, onu faş edən başqasını qinamağa haqqın yoxdur.
* Yoxsulu güldürsən, özün gülərsən.
* Kasıba əl tutsan, savab edərsən.
* Bəzən süküt sözdən daha təsirlidir.
* Istədiyini əldə edə bilmirsənsə, onda əldə etdiyini istə.
* Insan iki cürdür: biri istər, tapa bilməz; digəri tapar, qane olmaz.
* Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. Çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar.
* Sənin sahib olduğun az başqalarının sahib olduğu çoxdan daha yaxşıdır.
* Dünya bir yuxudur, ona aldanmaq peşmançılıq gətirər
* Allah bir qulunu bəyənərsə, onun qəlbini öz sevgisinə qərq edər.
* Müsəlman ola bilmək üçün, özünə istədiyin hər şeyi başqaları üçün də istə.
* Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyir.
* Bir axmağa verilə bilən ən doğru cavab, ona cavab verməməkdir.
* Dünya səni aldatmadı, sən özün aldandın.