» » » Alimlərin dediklərindən bəziləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Alimlərin dediklərindən bəziləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-08-2015, 18:00 | Baxılıb: 1 007
     
     
     On birinci fəsil

    Alimlərin dediklərindən bəziləri

    ◘Dini onun vaizi olmayan kəsə moizə fayda verməz. Fəsadı sevən qiyaməti sevməz. Hər kəs öz əkdiyini biçər və öz əməlinin cəzasını çəkər. Öz bədəninin sağlamlığı və dünəninin asayişi səni məğrur etməsin, çünki, ömrün müddəti qısa, bədənin sağlamlığının həmişəlik olması isə mahal (yəni qeyri-mümkün).
    ◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi əməldir. İnsanların ən yaxşısı odur ki, şəhvəti dinini xarab etməsin. İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət yolunda öz həvayi-nəfsi ilə müxalifət etsin. Paxıl öz nemətlərinin qoruqçusu, varisin isə anbardarıdır. Tamahkar şəxs təqvadan bəhrələnməz.
    ◘Nemət əlinə gələn zaman çox sevinən şəxs müsibətə tab gətirməz. Lazımsız danışıqdan çəkin ki, gizlin eyibləri aşkar edər, yatmış düşməni isə oyadar. Hər kəsin danışığı onun əql və fəzilətini məlum edər. Elə isə gözəl söz danışana köməklik göstər və az sözə qane ol. Kişini danışığı ilə tanıyarlar, əməli ilə tanıtdırarlar. Sözünü möhkəm, əməlini tərifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi isə məhrum.
    ◘Dostlarını təhqir edən tənha qalar. Sultana qarşı cürətli olan öldürülər. Qonşularını xar edən kəs izzət tapmaz, qardaşlarını məhrum edən isə xoşbəxt olmaz. Ən həyalı bəxşiş odur ki, istənilmədən verilsin. Dilənməyə (bir şey istəməyə) üzü olmayan kəs hamıdan ləyaqətlidir. Xoş təbiətli insan dostluq və rəfaqətə layiqdir.
    ◘Səni məzəmmət etməklə qəzəbləndirən şəxsi həlimliklə (gözəl bir helmlə) moizə et. Mal-dövlətini özü üçün xərcləməyə simiclik edən kəs, səxavətlə onu arvadının əri üçün qoyub gedər. Başqasına etdiyin yaxşılığı gizli saxla, başqasının sənə etdiyi yaxşılığı isə aşkar et. Kərim insanlarla qonşu olan şəxs kasıbçılıqdan uzaq olar. Əsli pak olanın özü də pak olar.
    ◘İnsanların ona etdiyi yaxşılıqları inkar edən kəsdə yaxşılıq olmaz. Yaxşılıq edərkən minnət qoyan şəxsə təşəkkür lazım deyil. Ücbə (özünübəyənməyə) səbəb olan işin mükafatı yoxdur. Özünün bəd əməlindən razı olan kəs özünün alçaq olmasına şahid durur. Əta etdiyini (bağışladığı bir şeyi) geri alan kəs xəsislikdə həddini aşıb.
    ◘Himmət nərdivanı ilə yuxarı qalxan kəs camaatın gözündə böyüyər. Bədxasiyyət adamın ruzisi az olar. Mal-dövlətindən keçən şəxs əziz olar, hər kəs abır-həyasından keçsə zəlil olar. Ən gözəl sərvət odur ki, halal yolla ələ gəlib, halal yerə xərclənsin.
    ◘Ən pis sərvət odur ki, haram yolla əldə olunsun və günah işlərə xərclənsin. Ən yaxşı xeyir iş dəryada çağıranların dadına çatmaqdır. Mərd xasiyyəti kamilləşdirən xüsusiyyət odur ki, öz haqqını unudub başqaları haqqında fikirləşəsən; belə ki, bir kəsə pislik etsən bunu ən böyük, əgər sənə pislik edilsə bunu kiçik hesab edəsən. Səxavət dostların sənə qarşı məhəbbətinə, simiclik isə düşmənçiliklərinə səbəb olar. Sənə yaxşılıq edənə pislik etmə, heç kəsə də zərər yetirmə. Zülmü və başqalarının haqqını tapdalamağı uzun müddət davam edən şəxsin həlakı da yaxınlaşır.
    ◘İnsanların ən pisi zülmkara kömək edib məzlumu tərk edəndir. Qardaşına quyu qazan, quyuya özü düşər. İnsana heç bir zərər yetirməyən pəltəklik, peşmançılıq gətirən gözəl nitq qabiliyyətindən üstün və xeyirlidir. Nalayiq söz danışan xoşagəlməz şey eşidər. Şəhvətini boğan şəxs öz alicənablığını artırır. Düşmənçilik qılıncı çəkənin qılıncı başında qınına girər. Bəxşişi çox olanın dostu da çox olar. Zülmdən çəkin! Çünki o, kişiləri bir-birinə qarşı qaldırar və ömürləri azaldar. Qənaət (qane olmaq) bədənin asayişidir. Təcrübənin çoxluğu əqlin artmasına səbəb olar.
    ◘Uzaq da, yaxın da sözgəzdirəndən uzaq gəzər. Qadınlarla məşvərət edənin əqli xarab olar. Helmi olan şəxs böyük olar. Öz izzətini istəyən şəxs gərək pulu xar etsin. Yol ilə düz gedənin ayağı büdrəməz.
    ◘Haqqın bəndəsi azaddır. Yaxşılığından sənə bir pay ayırana sən təşəkkürünün hamısını ver. Səbr və tələsməməklik arzuya çatmağa səbəb olar. Elmi qorumaqdan ötrü onu əhlinə tapşırmaqdan gözəl şey yoxdur. Bəzən əta xətadır, inayət (xeyirxahlıq) cinayət.
    ◘Əgər qılınc olmasaydı tərslik çox olardı. Əgər doğruçuluq cism şəklinə düşsə aslan olar, yalan cism şəklinə düşsə tülkü. Əgər nadanlar və cahillər sussa, ixtilaf aradan gedər. İşlərini dərrakə ilə yoluna qoyan şəxs sirlərə varar. Bir xoşagəlməz sözü eşitməyə dözməyən bir neçəsini eşidər.
    ◘Öz eyiblərini axtaranın ruhu pak olar. Arzuların sonuna çatan şəxs nigarançılığın da sonunu gözləsin. Dünyanın izzətində sultanlarla şərik olan axirət zillətində də onlara şərikdir. Fəqirlik zirək insanın dilini bağlayar. Xəstəlik bədənin zindanıdır, qüssə isə ruhun.
    ◘Hədiyyə dünya bəlasını qaytarar, sədəqə isə axirət bəlasını. Tamah azad insanı qul edər, qənaət isə (qane olmaq) qulu azad. Fürsət tez keçir, lakin gec ələ düşür. Dilin həcmi kiçikdir, günahı isə böyük. Ədalət gününün zalım üçün çətinliyi, zülm gününün məzlum üçün çətinliyindən daha artıqdır.
    ◘Peyğəmbər (s) sünnəsinə tabe ol və bidət yaratma. Səni heç bir ehtiyacı olmadan qoruyanın dediklərinə riayət et. O kəslərdən olma ki, aşkarda şeytana lənət edib, gizlində ona tabe olsunlar. Sənin dostun sənə düz söz deyəndir, nə inki, səni təsdiq edən. İsrafda xeyir olmadığı kimi, xeyirdə də israf yoxdur.
    ◘Özünün qiyməti olmayan malını Allah yolunda sərf edən kasıb, öz yaxşı imkanından az miqdarda sərf edib minnət qoyan dövlətlidən üstündür. Tamah fəqirlik, qənaət isə dövlətdir. Camaatın dövlətinə göz dikməyən şəxsin onlara ehtiyacı olmaz. Həyat keçib gedən saatlardan və xoşagəlməz hadisələrin təkrarından ibarətdir.
    ◘İbn Məsud deyir: Hər gün bir mələk fəryad edib deyir: "Ey Adəm övladı! Kifayət qədər olan az, tüğyana səbəb olan çoxdan üstündür.
    ◘Üveys Qərəni deyib: Hikmət sahiblərinin sözlərindən heç biri mənə bu cümlə qədər fayda verməyib: Bir üzlə həmahəng ol ki, başqa üzlərdən ehtiyacsız olasan; Allahla həmdəm ol ki, səni başqalarına möhtac olmağa qoymasın.

    Müəllif: Ayətullah Meşkini
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 29 Ağustos 2015 11:56 | Sayt nəzarətçisi | Şərh yazdı
    Bismillahi Rahmani Rehim  cox gozel hedislerdir ehsen her birinize Allah emel edmeyide nesib edsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 28 Ağustos 2015 19:27 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci cox xosuma geldi Ellerin var olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 28 Ağustos 2015 19:09 | Redaktor | Şərh yazdı
    Allah səndən razı olsun bacım çox hikmətli nəsihətlərdi əllərin dərd görməsin Allah hacətlərini qəbul etsin Amin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.