"Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər"
İmam Əli (ə)
"Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanə etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta o sənin sirrini faş etmiş olsa belə"
İmam Əli (ə)
"Allahın bəndələrinə qarşı qəddarlıqdan çəkin.Çünki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar"
İmam Sadiq (ə)
"Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e'lan etsin"
İmam Əli (ə)
Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün çalışmaqdan saxlamasın "
Həzrət Muhamməd (s)
"Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına"
Həzrət Muhamməd (s)
"Ən xəsis insan, salam verməkdə xəsislik edəndir"
Həzrət Muhamməd (s)
"Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur"
Mənbə: "14 təqvim" kitabı