![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
1084. Doğruluq
Qur‘an:
«Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.»
Hədis:
3467. Allahın Peyğəmbəri (s): «Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.»
3468. İmam Əli (ə): «Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.»
3469. İmam Əli (ə): «Doğruluq haqqın dilidir.»
3470. İmam Əli (ə): «Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.»
3471. İmam Əli (ə): «Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.»
3472. İmam Əli (ə): «Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.»
3473. İmam Əli (ə): «Kişinin dəyəri onun sə‘yi, onun doğruluğu isə insaniyyəti qədərdir.»
3474. İmam Əli (ə): «İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.»
3475. İmam Baqir (ə): «Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin»
3476. İmam Sadiq (ə): «Doğruluq izzətdir.»
3477. İmam Sadiq (ə): «Doğru danışanın əməli pakdır.»
1085. Doğru danışan
3478. İmam Əli (ə): «Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.»
3479. İmam Sadiq (ə): «İnsanların namazına, orucuna aldanmayın. Çünki bə‘zən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.»
3480. İmam Sadiq (ə): «Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.»
1086. Ən doğru sözlər
Qur‘an:
«Allah, Ondan başqa mə‘budun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?»
Hədis:
3481. İmam Əli (ə): (ən yaxşı söz barədə suala cavabından) «Allahdan başqa heç bir mə‘budun olmadığına şəhadət vermək.»
3482. İmam Əli(ə): «Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.»
Mənbə: Mizanul-hikmət (xülasəsi) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









