Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yalan
    0
    Müəllif: Elya | 20-01-2015, 12:00 | Baxılıb: 1 196
     

     342. Yalan

    1568. Yalan
    5441. Allahın Peyğəmbəri (s): «Ən pis sələm yalandır.»
    5442. Allahın Peyğəmbəri (s): «Bəndə yalan danışanda yaratdığı üfunətin iyindən mələk bir mil aralı durar.»
    5443. Allahın Peyğəmbəri (s): «Yalan, nifaqın qapılarından biridir.»
    5444. Allahın Peyğəmbəri (s): «Yalan danışan, vücudunda olan həqarətdən qeyri bir səbəbdən yalan danışmaz. Məsxərəyə qoyulmanın kökü yalançılara etimad etməkdir.»
    5445. İmam Əli (ə): «Yalan xəyanətdir.»
    5446. İmam Əli (ə): «Sözlərin ən pisi yalandır.»
    5447. İmam Əli (ə): «İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan.»
    5448. İmam Əli (ə): «Yalançı həqir və zardır.»
    5449. İmam Əli (ə): «Heç bir pislik yalan qədər pis deyil.»
    5450. İmam Kazim (ə) (Hüşuma nəsihətindən):–«Ağıllı insan, mə‘nafeyi tələb etsə də, yalan danışmaz.»
    1569. Yalan və iman.
    Qur‘an:
    «Yalnız Allahın ayələrinə imanları olmayanlar yalan uydurdular. Onların özləri yalançılardır.»
    5451. İmam Əli (ə): «Yalandan kənar olun. Çünki yalan imandan kənardır. Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurum və zəlilliyin astanasındadır.»
    5452. İmam Baqir (ə): «Həqiqətən, yalan imanı viran qoyar.»
    5453. Həsən ibn Məhbub: «İmam Sadiqdən (ə) soruşdum: «Möminin xəsis olması mümkündürmü?» Buyurdu: «Bəli.» Soruşdum: «Qorxaq olması mümkündürmü?» Buyurdu: «Bəli.» Soruşdum: «Yalançı da ola bilərmi?» Buyurdu: «Yox, xain də olmaz.» Sonra buyurdu: «Mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa.»
    1570. Yalan hər pisliyin açarıdır.
    5454. Allahın Peyğəmbəri (s): «Yalan nadürüstlüyə və azğınlığa çəkər. Nadürüstlük və azğınlıq isə oda aparar.»
    5455. İmam Baqir (ə): «Allah pislik üçün qıfıllar yaratmışdır və o qıfılların açarını şərabda qərar vermişdir. Yalan şərabdan daha pisdir.»
    5456. İmam Əskəri (ə): «(Bütün) Pisliklər bir evdə yığışıb və onun açarı da yalandır.»
    1571. Ciddi yalan və zarafatı tərk etməyə göstəriş.
    5457. Allahın Peyğəmbəri (s): «Yalan –istər ciddi olsun, istərsə də zarafatla– doğru deyil. Həmçinin, kişinin öz övladına və’d verib onu yerinə yetirməməsi də düzgün deyil. Həqiqətən, doğru danışmaq yaxşılığa aparar, yaxşılıq isə cənnətə yönəldər.»
    5458. Allahın Peyğəmbəri (s): «Vay olsun, camaatı güldürmək üçün yalan danışanın halına! Vay olsun, vay olsun ona!.»
    5459. İmam Əli (ə): «Yalan, zarafat və onun ciddisini tərk etməyən heç bir bəndə imanın dadını dadmadı.»
    5460. İmam Səccad (ə) (Öz övladlarına buyurardı):–«Yalanın kiçiyindən və böyüyündən, ciddi və ya zarafatla deyilənindən çəkinin. Çünki insan xırda yalanlar danışsa, böyük yalanlar söyləməyə də cəsarətlənər.»
    1572. Kiçik yalan.
    5461. Allahın Peyğəmbəri (s): «Yalançılıq üçün sənə hər eşitdiyini danışmaq yetər.»
    5462. Allahın Peyğəmbəri (s) («Bizlərdən birimiz nəyəsə meylimiz olsa və istəmədiyini desə, bu yalan sayılırmı?» deyə soruşan Əsma bint Yəzidə cavabından): «Yalan, elə yalan olaraq yazılır. Hətta kiçik yalan olsa belə, kiçik yalan kimi yazılır.»
    5463. Abdulla ibn Amir: «Bir gün Allahın Peyğəmbəri (s) bizim evimizdə oturmuşdu. Anam məni çağırıb dedi: «Gəl, sənə bir şey verim.» Allahın Peyğəmbəri ona buyurdu: «Ona nə vermək istəyirsən?» Ərz etdi: «Ona bir xurma vermək istəyirəm.» Allahın Peyğəmbəri (s) anama buyurdu: «Bil ki, ona heç nə verməsən, sənin ayağına yalan yazılacaq.»
    1573. Yalanın nəticəsi.
    Qur‘an:
    «Allah israfçını və yalan danışanı doğru yola yönəltməz.»
    «Nəticədə, Allaha verdikləri və’də xilaf çıxmalarının və danışdıqları yalanların cəzası olaraq Ona qovuşacaqları günə qədər ürəklərində nifaqın təsirlərini saxlayacaqdır.»
    Hədis:
    5464. Allahın Peyğəmbəri (s): «Yalan üzüqaralıq gətirər.»
    5465. Allahın Peyğəmbəri (s): «Yalan ruzini azaldar.»
    5466. İmam Əli (ə): «Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır.»
    5467. İmam Əli (ə): «Çox yalan danışmaq dini puç edər, günahı isə böyüdər.»
    5468. İmam Əli (ə): «Yalan nifaqla nəticələnər.»
    5469. İmam Əli (ə): «Yalan danışan kimsə öz mürvətini puç edər.»
    5470. İmam Əli (ə): «Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar.»
    5471. İmam Əli (ə): «Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini.»
    5472. İmam Əli (ə): «Yalana aludə olmaq yoxsulluq gətirər.»
    5473. İmam Əli (ə): «Yalan danışma ki, böyüklüyünü itirərsən.»
    5474. İmam Əli (ə): «İnsan yalan danışar və ona görə də gecə namazından məhrum olar.»
    5475. İmam Əli (ə): «Allahın yalançıların əleyhinə etdiyi köməklərdən biri də unutqanlıqdır.
    1574. Ən murdar yalan.
    Qur‘an:
    «Camaatı nadanlıqlarına görə azdırmaq üçün Allah barədə yalan sözlər danışandan daha zalım kimdir?»
    «Allah barədə yalan danışanları qiyamət günündə üzüqara görərsən. Cəhənnəm təkəbbürlülərin yeri deyilmi?» 
    Hədis:
    5476. İmam Əli (ə):«Məndən sonra, tezliklə ruzigarınız elə olacaq ki, hə­min zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah, pey­ğəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey olmayacaq». 
    5477. İmam Əli (ə): «Allaha and olsun! Səmadan yerə çırpılmağım və ya quşun məni oğurlaması Allahın Peyğəmbəri (s) haqda yalan danışmaqdan mənə daha xoşdur.»
    5478. İmam Sadiq (ə): «Bir yalan oruc tutanın orucunu batil edər.» Əbu Bəsir deyir: «Ərz etdim ki, bizlərdən hansı belə iş görmür? (gün ərzində yalan danışmır)» Həzrət buyurdu: «Məqsəd sənin fikirləşdiyin kimi deyil. Burada Allah, peyğəmbər və imamlar (salavatullah əleyh və əleyhim) haqda yalan demək nəzərdə tutulur.»
    5479. İmam Sadiq (ə): «Allah və onun peyğəmbəri haqda yalan danışmaq böyük günahlardandır.»
    1575. Yalana icazə verilən hallar.
    5480. İmam Sadiq (ə): «İki haldan başqa yalan pislənmişdir: Zalımların şərini uzaqlaşdırmaq və camaatı barışdırmaq.»
    5481. İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və camaatı barışdıran.»
    5482. İmam Sadiq (ə): «(müsəlmanların münasibətlərini) İslah edən yalançı sayılmaz.»
    1576. Toriyə.
    Qur‘an:
    «Sonra ulduzlara baxıb dedi: Mən naxoşlamışam.»
    «Dedi: (yox) Böyükləri bu işi görüb. Əgər danışa bilirlərsə, onlardan soruşun.»
    Hədis:
    5483. Allahın Peyğəmbəri (s): «Həqiqətən, üstüörtülü sözlərdə elə zərifliklər var ki, ağıllı insanı yalan danışmaqdan azad edər.»
    5484. İmam Sadiq (ə) («Bir nəfər, bir kişinin evinə gəlib onu çağırır. An-caq həmin kişi kənizinə deyir: De ki, burada yoxdur.» Bunun hökmü necədir? deyə soruşan Abdulla ibn Bukeyrə cavabından): «Eybi yoxdur. Bu yalan deyil.»
    1577. Yalana qulaq asmaq.
    Qur‘an:
    «Bəzi yəhudilər qulaq asarlar ki, səni təkzib etmək üçün (bəhanə) tapsınlar.»
    Hədis:
    5485. İmam Əli (ə): «Azğınları öz qulaqlarınıza hakim etməyin.»
    5486. İmam Sadiq (ə) («Başqalarına istinadən və rəvayət danışanların sözlərinə qulaq asmaq rəvadırmı?» sualına verdiyi cavabdan): «Kim danışana qulaq asarsa, ona bəndəlik etmiş olar. Əgər natiq Allahdan danışarsa (eşidən) Allaha ibadət etmişdir. Danışan iblisin sözünü danışarsa, o (eşidən) iblisə ibadət etmişdir.»
     
    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.