322.Qorxaqlıq
1044.İmam Əli (ə):«Qorxaqlıq çatışmazlıqdır.»
1045.İmam Əli (ə):«Qorxaqlıq hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir.»
1046.İmam Əli (ə):«Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır.»
1047.İmam Əli (ə):«Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir.»
1048.İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq.»
323.Qorxaq və müharibə
1049.Allahın Peyğəmbəri (s): «Qorxağın iki əcr və savabı var.»
1050.İmam Əli (ə):«Tez qaçacağınagörə qorxağın müharibəyə getməsi rəva deyil. Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşçünün əcr və savabı qədər savab qazanar və onun (döyüşçünün) əcrindən də heç nə azaldılmaz.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild