58. Savab
310.Savab
1012.İmam Əli (ə):«Sənin əməlinin savabı əməlin özündən üstündür.»
1013.İmam Əli (ə):«Axirətin savab və mükafatı dünyanın əziyyət və çətinliklərini yaddan çıxarır.»
1014.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini öz qəzəb və əzabından saxlamaq və öz
Cənnətinə tərəf sövq etmək məqsədi ilə Ona itaət edənlər üçün savab və mükafat, Ona itaətsizlik edənlər üçün isə cəza
müəyyənləşdirdi.»
1015.İmam Əli (ə):«Əməlin savabı onun əziyyət və zəhməti qədərdir.»
311.Ən böyük savab
1016.İmam Əli (ə):«Ən böyük savab insafın savabıdır.»
1017.İmam Əli (ə):«Cihadın savabı ən üstün savabdır.»
1018.İmam Əli (ə):«İki şeyin – əfv etmək və ədalətin savabının-ölçülməsi və çəkilməsi qeyri mümkündür.»
312.»Filan işin savabı var» eşidən kəs
1019.İmam Baqir (ə):«Kim Allahın (hansısa) bir əməlin yerinə yetirilməsinə savab verməsini eşitsə və o savabı əldə etmək
üçün
həmin işi yerinə yetirsə, hədis o eşitdiyi kimi olmasa da, ona həmin savab veriləcəkdir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild