» » Müqəddəs Ərdəbili


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müqəddəs Ərdəbili
    0
    Müəllif: Fatimə Nuri Xuda | 18-06-2016, 18:00 | Baxılıb: 5 406
     
     
    Müqəddəs Ərdəbili

    Əgər siz əzizləri yorsam bağışlayarsınız. Gəlin birlikdə duanın təsirlərinə aid bir hekayə oxuyaq. İnşallah söz həqiqi mənasında yerinə düşmüş olar. Mərhum Müqəddəs Ərdəbili adlanan Əhməd ibn Məhəmməd Səfəvilər dövründə Nəcəf şəhərində yaşayırmış və hicrətin 993-cü ilində vəfat edib. O, böyük fəqih, filosof və ziyalı din alimi olduğu üçün şiə aləmində adı birinci yerdə çəkilən şəxslərdən biridir. Vacib olunan oruclardan başqa müstəhəb oruclar, vacib olunan gündəlik namazlardan başqa istisnasız qıldığı gecə namazları və s. müstəhəb namazlar, etdiyi dualar, din sahəsində çəkdiyi zəhmətlərin bəhrəsi nəticəsində mənəviyyat sahəsində özündə müqəddəs kəlməsinə layiq olan yeri tapmışdır. Mərhum Müqəddəs Ərdəbili xoş görüşlülər arasında birinci yerdə olan insanlardan biridir ki, dəfələrlə İmam Zamanın(ə) hüzuruna yetişib o həzrəti ziyarət etmişdir. Lakin təəssüflər olsun ki, bizim günahlarımız bizimlə həqiqət arasında ən böyük hicab olduğundan özümüzdə olmayanı və əlimizə yetişməyəni başqalarında görə bilmirik. Çünki, özümüzdə müvəffəqiyyət yoxdur. Ona görə də bizim düşüncəmizdən bu cür şeylər uzaq hesab olunur. Əlbəttə danlaq yeri də yoxdur. Lakin ən azı başqalarının hesab-kitabının bizim kimi olmadığına ehtimal veririk. Yazırlar ki, Ayətullah Seyyid Həsən Əbtəhi İmam Zamanla(ə) görüşənlər kitabında Əllamə Məclisinin Biharul-Ənvar kitabından nəql edir. mərhum Müqəddəs Ərdəbili Nəcəf şəhərində həzrət Əli ibn Əbu Talib əleyhissalamın mübarək məqbərəsində öz hücrəsində ibadət və mütaliə ilə məşğul olduğu zaman cavabında aciz qaldığı bir məsələ ilə qarşılaşır. Bir gecə öz-özünə deyir: İmam əleyhissalam üçün ölüm ilə diriliyin fərqi olmadığı halda niyə gedib sualını soruşmursan? Bu inamla ayağa qalxıb İmamın(ə) hərəminə doğru yola düşür. Gecənin yarısı hərəmin bağlı qapısına yetişərkən qapılar üzünə açılır və hərəmin içinə daxil olur.

    Ən ziyalı alimlərdən olan Mir Əllam təsadüfi olaraq həmin vaxt hücrəsindən çıxmışdı ki, gecə namazı qılmaq üçün dəstəmazını yeniləsin. Müqəddəs Ərdəbilinin hərəmin qapılarına çatarkən bağlı qapıların onun üzünə açıldığını gördü. Ustadının mənəviyyat sahəsində uca mərtəbədə olduğunu bildiyi üçün onu izlədi. Mir Əllam nəql edir: Gördüm ki, Müqəddəs Ərdəbili hərəmdəm çıxarkən sürətlə hərəmin qapılarını açıb Kufə məscidinə tərəf yola düşdü. Mən də onu izləməyə başladım. Kufə məscidinə çatarkən daxil oldu, lakin mən eşikdə gözlədim. Bir az sonra məsciddən çıxıb yavaş-yavaş Nəcəf şəhərinə sarı yola düşdü. Mən də onun ardıyca getdim. Hənnanə məscidinin yanında məni öskürmək tutdu. Müqəddəs mənə tərəf qayıdıb səsləndi: Kimsən? Kim məni izləyir? Cavab verdim: Ağa, mənəm, Mir Əllam. Müqəddəs soruşdu: Mir Əllam sən burada nə edirsən? Dedim: Ağa, sözün düzü Əli(ə)-ın hərəminə daxil olduğunuz zamandan sizin arxanızca gəlirəm. Dedi: Hətta Kufə məscidində də? Dedim: Xeyr, orada cürətim olmadı. Amma səni and verirəm Əli(ə)-ın haqqına bu gecə nə olduğunu mənə söylə. Müqəddəs Ərdəbili dedi: Mir Əllam, mən də səni and verirəm o həzrətin haqqına nə qədər ki, mən ölməmişəm bu sirri açma. Söz verdim. Sonra buyurdu: Həzrət Əli əleyhissalamın hərəminə daxil olarkən o pak zərihdən səs gəldi. Məgər sizin öz zamanınızın imamı yoxdur? İndi oğlum Mehdi Kufə məscidində ibadətdədir. Sualını ondan soruş. Kufə məscidinə çatarkən həzrət Mehdi Sahibəzzamanı mehrabda ibadət halında tapdım. Dayandım, ağa namazını qurtararkən mənə buyurdu: Müqəddəs nə əcəb bizi yad etdin? Sonra çətinliklərimin cavabını verdi.

    Əziz oxucu, sözümün canı bu əsaslı nöqtədədir ki: İmam Zaman(ə) buyurur: Müqəddəs nə əcəb bizi yad etdin? İmamın bu buyuruğundan mənəviyyat qapılarının insanın üzünə həmişə açıq olduğu anlaşılır. Nəinki, yalnız açıqdır, hətta hər an insanları orada gözləyirlər. Lakin uyğunluq lazımdır. İnsan saleh əməlləri ilə özünü mənəviyyat cazibələrinin üzərində yerləşdirməyə çalışmalıdır. Belə olan halda istər-istəməz maqnit dəmiri öz tərəfinə çəkdiyi kimi Allah-taalanın haqq cazibəsi də insanı öz tərəfinə cəzb edəcək. İndi isə 186-cı ayənin tərcüməsini yenidən oxuyaq: "Bəndələrim Məni səndən soruşanda (de ki,) Mən onlara yaxınam, dua edib Məni çağıranın duasını qəbul edirəm. Onlar da gərək Mənim dəvətimi qəbul edib Mənə iman gətirsinlər, bəlkə (doğru) yolu tapdılar."

     

     

    Kitabın adı: Oruc

    Müəllif: Seyyid Kazım Pərpənçi

    Redaktor: Mir Cəfər Əyyubzadə

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 18 Haziran 2016 22:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allahim bizleri  dogru yolun qulundan qerar ver Amin cox sagol gozel bacim var ol 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.